Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:10

Doris Lessing'in arxivindəki azərbaycanlı


Doris Lessing
Doris Lessing

-

Britaniyalı yazıçı, 1960-cı illər Qərb ədəbiyyatının nüfuzlu imzalarından biri, 2007-ci ilin Ədəbiyyat Nobelinin qalibi Doris Lessing'in kommunist keçmişi haqda sənədlər Britaniya Milli Arxiv İdarəsinin təşəbbüsülə İnternetə qoyulub.

Bu beş cildlik artıq məxfi olmayan sənədlərdə bir "azərbaycanlı" sözü də keçir.

D.Lessing 1956-cı ilədək Britaniya Kommunist Partiyasının üzvü olub, britaniyalı atası xarici ölkələrdə dövlət qulluqçusu işlədiyi üçün uşaqlığının, gəncliyinin keçdiyi İran, Zimbabve və digər ölkələrdə kommunist hərəkatlarına rəğbətini gizlətməyib.

O, Afrikadan Londona köçdükdən sonra ailəsilə birgə yaşadığı evinə müxtəlif asiyalı və afrikalı millətlərdən olan şəxslər gəlib-gediblər, bu səbəbdən Britaniya kəşfiyyatı onun evinə olan gəl-geti gizli nəzarətdə saxlayıb.

Yazıçının arxivindəki "azərbaycanlı" sözü də həmin evdə keçirilən kommunist müzakirələrində iştirak etmiş bir qonağa işarə edir. Ehtimal ki, bu, II Dünya Müharibəsi illərində Britaniya ərazisinə gedib çıxmış azərbaycanlı hərbçilərdən biri olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG