Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:06

Nobel mükafatlı yazıçı vəfat etdi


Böyük Britaniya - Doris Lessing Nobel mükafatı ilə Londonda, 30 yanvar, 2008
Böyük Britaniya - Doris Lessing Nobel mükafatı ilə Londonda, 30 yanvar, 2008
-

Nobel mükafatlı Britaniya yazıçısı Doris Lessing ötən bazar günü səhər vəfat edib. Bu haqda onun əsərlərini çap edən “Harper Collins” nəşriyyatı məlumat yayıb.

Onun 94 yaşı vardı.

İngilis hərbçisinin ailəsindən olan Doris İranda doğulub.

Uşaqlığısa Cənubi Rodeziyada keçib (indi Zimbabve ərazisindədir).

Uşaq vaxtında o, müstəmləkəçilərin qaradərili yerli əhali ilə münasibətləri və iki mədəniyyət arasında uçurumu müşahidə edib.

Əsərlərində irqçiliyə qarşı çıxmaqla yanaşı o həm də ictimai fəal kimi Aparteid rejiminə qarşı mübarizə aparıb.

Buna görə də uzun müddət onun İngiltərədən Cənubi Afrika və Rodeziyaya gəlməsi qadağan edilib.

Lessinqə dünya şöhrətini 1962-ci ildə çap etdirdiyi “Qızıl dəftər” romanı gətirib. Bu əsər feminist ədəbiyyatın klassik nümunələrindən sayılır. (Burda oxu)

2007-ci ildə o, Nobel mükafatına layiq görülən 11-ci qadın yazar idi.

Onun mükafat xəbərinə reaksiyasını qeyri-adi saymaq olar.

Reuters-in jurnalisti bir neçə başqa media mənsubu ilə yazıçını Londondakı evi qarşısında gözləyirdi.

Jurnalistlər xəbəri maşından düşən yazıçıya çatdıranda o bunu çox sakit, adi bir xəbər eşidirmiş kimi qarşılamışdı.

“Bu məsələnin 30 ildən çoxdu danışıldığını” demişdi.

Burda həmin anları izlə
XS
SM
MD
LG