Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:37

-

İranın milli futbol komandasının oyunçusu olmuş 29 yaşlı qapıçı Sosha Makani yanvarın 4-də həbs edilib.

İran qanunlarına zidd olaraq, o, sosial mediada bir neçə hicabsız qadınla şəklini paylaşıb.

Onu fərdi şəxslərin şikayətindən sonra tutublar.

İranın ədliyyə sistemi ilə bağlı olan "Mizan" xəbər agentliyinin verdiyi xəbərə görə, şikayətçilərdən biri öz şikayətini geri götürüb.

Ancaq Makani "cəmiyyətdə pozğunluq və fahişəliyin yayılmasına yol açan şəkilləri paylaşdığına" görə istintaqı gözlədiyi müddətdə həbsxanada qalacaq.

Tehranın populyar "Persepolis" klubunda oynayan Makani həbsdən əvvəl şəkillərdəki üç gənc qadından birinin özünün nişanlısı olduğunu deyibmiş.

Bəzi məlumatlara görə, Makani bu həftə zaminə buraxıla bilər.

Yanvarın 6-da Tehran prokuroru Abbas Jafari Dolatabadi idmançılar və sənətçilərə İslama qarşı olan şəkilləri sosial mediada paylaşmamaq barədə xəbərdarlıq edib.

Noyabrda adının Vahid olduğu deyilən 30 yaşlı kişi hicabsız, açıq-saçıq paltarlı qadınla şəkli sosial mediada yayılandan sonra həbs edilmişdi.

Vətəndaşların ictimai və şəxsi həyatlarına nəzarət etmək məqsədi güdən İran hökuməti son illər iranlıların onlayn hərəkətlərini də nəzarətdə saxlamağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG