Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:40

Yanvarın 8-də İranda ölkə boyu Səudiyyə Ərəbistanı əleyhinə çoxminlik nümayişlər keçirilib.

Nümayişçilər şiyə xadimi Nimr əl Nimrin bu günlərdə bu ölkədə edamına qarşı etiraz bildiriblər.

Cümə namazından sonra Tehranda keçirilən nümayişdə aksiyaçılar “Əl Səuda ölüb”, Amerika rədd olsun” və “İsrailə ölüm” kimi şüarlar səsləndiriblər.

Nümayişçilərin əlində yanvarın 2-də edam edilmiş əl Nimrın şəkillərini tutublar.

İran dövlət mediasının məlumatına görə, həmçinin ölkənin digər şəhərlərində etiraz aksiyaları keçirilib.

Qeyd edək ki, edamdan sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi yandırılıb.

Səudiyyə hökuməti isə bundan sonra İranla bütün diplomatik və ticarət əlaqələrini dayandırıb.

Həmçinin Səudiyyə Ərəbistanının müttəfiqləri Bəhreyn, Sudan və Somali İranla əlaqələri kəsib.

Birləşmiş Ərəb Əmirlikləri isə İranla əlaqələri məhdudlaşdırıb.

Küveytlə Qətər isə İrandakı səfirlərini geri çağırıblar.

Bu gərginlik Siriya və Yəməndəki münaqişlərin həllinə yönəlmiş səyləri əngəlləyir.

İran Suriya müharibəsində prezident Bashar Assadın tərəfini saxlayır, həmçinin Yəməndəki şiə üsyançıları dəstəkləyir.

Ərəb ölkələri isə əksinə Bashar Assada qarşı vuruşan üsyançılar və Yəməndəki sünni hökumətin tərəfini saxlayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG