Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:57

-

Azərbaycanın müstəqil nəşriyyatlarından biri - "Hədəf" nəşrlər evinin rəhbəri Müşfiq Xanla OxuZalında söhbət

- İndi Azərbaycanda nəşriyyat açmaq trendi yayılmaqdadır. Bir ayda üçüncü yazardan eşidirəm ki, nəşriyyat qeydiyyatdan keçirib. Bəs deyirlər, Azərbaycanda kitab satılmır, ədəbiyyatda pul yoxdur?! Belə çıxır ki, var?

- Azərbaycanda rəsmi qeydiyyatda olan 250-dən çox nəşriyyat var, amma faktiki fəaliyyətdə olanların statistikası ilə bu rəqəm arasında yerlə göy qədər fərq var.

Üstəlik, il boyu cəmi 2-3 kitab çap edən nəşriyyatları da fəaliyyətli hesab etmək olmaz.

Endirim

Endirim

Bəli, Azərbaycanda kitab satılmır. Bu nə ironiyadır, nə giley, nə də şikayət.

Bu, qorxulu və əzabverici bir həqiqətdir: əhali kitab oxumur. Biz nə qədər nikbin notlara köklənib son illərdə mütaliə marağının artmasından danışmağa çalışsaq da, çox, həddən artıq təəssüflər olsun ki, vəziyyət qətiyyən ümidverici deyil.

Nəşriyyat açmaq, kitab çap etdirməyi planlaşdıran, ümumiyyətlə, yeni başlayan, şövqlə bu işə qollarını çirmələyən, gecə-gündüz kitab satışı ilə bağlı planlar quran dostlarımıza bircə tövsiyəm var; özlərini bədbəxt eləməsinlər.

Ailə-uşaq sahibidirlərsə, ümumiyyətlə, həyatları üçün təhlükəli belə bir risk etməsinlər. Endirim kampaniyalarında bir dəstə turpun qiymətinə kitab sata bilməyən naşirlər sizlərə görk olmalıdır.

- "Hədəf" nəşrlər evinin işi necə gedir? Çətinliklər varmı, "Hədəf"-in çətinliklər vaxtı zəng etməyə "dayısı" varmı?

2015 Bakı Avropa Olimpiya Oyunlarında Azərbaycan ədəbiyyatı almanaxının xarici dillərdə nəşri "Hədəf" nəşriyyatına həvalə olunmuşdu

2015 Bakı Avropa Olimpiya Oyunlarında Azərbaycan ədəbiyyatı almanaxının xarici dillərdə nəşri "Hədəf" nəşriyyatına həvalə olunmuşdu

- Sonuncu sualınızdan başlayım – “Hədəf” tamamilə milli brenddir və məhz gecəsini-gündüzünə qatan, sözün həqiqi mənasında zəhmətkeş dostlarımızın səyi nəticəsində ayaq üstə dayanır bu günə qədər.

Asan iş yoxdur, əlbəttə. Amma bir az əvvəl də qeyd elədiyim kimi, Azərbaycanda nəşriyyatçılığın işindəki çətinlik dozası “çətinlik” mərhələsini çox aşıb. Bu işlə məşğul olmaq, bildiyimiz problemlər məngənəsində qəhrəmanlıq etməyə bənzəyir.

Bu gün bu qədər pessimist olmaq istəməzdim, amma deməsək də olmur.

Az-çox metodik kitablarımız satılır və oradan əldə etdiyimiz qazancı ədəbiyyatımızın, ana dilimizdə olan bədii kitabların çapına ayırırıq. Gücümüz çatan qədər qonorar da veririk.

Altı illik kiçik bir tarixə malik nəşriyyatın bunları etməsi və həm də bu şəraitdə, bu ölkədə, bu oxucularçün etməsi böyük möcüzədir.

Bizim “Xatirə ədəbiyyatı” adlı böyük bir silsiləmiz var. Hər dəfə ruhdan düşəndə həmin nəşrlər haqqında eşitdiyimiz tərifləri, rəğbəti xatırlayıb, özümüzü motivasiya edirik.

- Azərbaycanda müəllifdən pul almağı özünə sığışdırmayan, işini oxucuya kitab satmaq üzərində quran nəşriyyatların formalaşması üçün nə lazımdır?

- Acınacaqlısı budur ki, mən də daxil olmaqla, əksər hallarda biz müsahibələrdə, çıxışlarda, münasibət bildirmək məqamı gələndə problemləri sadalamaqla, tənqid etməklə işimizi bitmiş hesab edirik.

Əlbəttə, belə köklü problemləri qısa vaxtda həll etmək müşkül məsələdir. Amma vəziyyəti ümidverici istiqamətə xeyli yönləndirmək olar.

Dəyişmək istəyirsənsə, özündən başlamalısan, – belə deyirlər də. Mütaliəni də hər kəs, hər birimiz fərd olaraq, həyat tərzinə çevirməyi bacarmalıyıq. Dəb xatirinə deyil, zövqümüzçün oxumalıyıq.

Mən burada ölkədəki oxucuların mütaliə faizlərindən, çox satılan əsərlərin tirajlarından, məşhur əsərlərin neçə dəfə nəşrə hazırlandığından danışıb heç kimin qanını qaraltmaq istəmirəm. O qədər çatışmazlıq var ki...

Kitab televiziyaya çıxmalıdır, radioya çıxmalıdır, kitabın hörmətli olmalıdır, universitetlər on dəfə xarici müğənnilərlə görüş keçirəndə bir dəfə yerli yazarın imza gününü təşkil etməlidirlər və sair, və ilaxır.

- Manatın ucuzlaşması nəşriyyatların işinə necə təsir edəcək?

Kitabevim mağazasının səhifəsi

Kitabevim mağazasının səhifəsi

- Fevral devalyasiyasından sonra bütün çap ləvazimatları 25 faiz bahalaşdı. Nəşr etdiyimiz bədii kitabların satış qiymətini heç bir qazanc güdmədən olduğu kimi saxladıq.

İki-üç gün əvvəlki devalyasiyadan sonra isə bu günə olan vəziyyət minimum 30 faiz bahalaşmanın üzərində dayanıb. Sabah vəziyyət necə olacaq – bunu şəxsən mən bilmirəm.

Onsuz da bizdə kitab ən az populyar sahədi. Biz “nə işin sahibisən” suallarına “şeir yazırıq”, “roman yazırıq”, “kitab çap edirik” cavablarını verəndə eşitdiyimiz təpki ki var ha, – “əşi, düz-əməlli işlə məşğul ol” kimi – uzaqbaşı, biz də hər şeyə nöqtə qoyacaq, gedib işimizlə “məşğul olacağıq”: alver eləməyi, mahnı oxumağı öyrənəcəyik, heç nə.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG