Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:48

Gülüş hədəfinə çevrilən cərimələr...


Gündüz Ağayevin karikaturası
Gündüz Ağayevin karikaturası

►“Ay hökumət, tutalım, vətəndaşdan 5-10 manat topladın, bəs sonra?”

Hökumət son vaxtlar bir çox cəriməni qat-qat artırıb. İctimai iaşə və alış-verişlə məşğul olanlar vergi hüquqpozmalarına görə 5 dəfə, əxlaqsığa meyl salanlar 2.5 dəfə, Azərbaycan latın əlifbasının tətbiqini əngəlləyənlər 75 (fiziki şəxslər) və 53 dəfə (hüquqi şəxslər) daha çox cərimə ödəməlidirlər.

Bəzi ekspertlərin qənaətinə görə, hökumət bu addımları atmaqla dövlət büdcəsini doldurmağa çalışır.

“Bəzi cərimələr gülüş obyektinə çevrildi”

Nazim Məmmədov
Nazim Məmmədov

İqtisadçı ekspert Nazim Məmmədov belə düşünmür. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə son dəyişikliklər büdcəni doldurmaq məqsədi daşımır:

“Əslində, belə qayda pozuntularına görə, əksər ölkələrdə bizdəkindən də artıq cərimələr var. Amma sosial şəbəkələrdə bəzi cərimələrin gülüş hədəfinə çevrilməsini anlayıram. Fahişəlik və ya səs-küylə bağlı cərimələrin tətbiq mexanizmi içtimai rəydə, həqiqətən də, birmənalı mənfi qarşılanıb”.

Ekspert xatırladır ki, tətbiq olunan cərimələrin 25 faizi, bəzi hallarda isə yarısı cərimə tətbiq edən dövlət orqanı əməkdaşlarının "həvəsləndirmə fondu"na keçirilir:

“Yəni 100 faiz büdcəyə getmir. Deməli, müxtəlif dövlət orqanları bu cərimələrlə "paket maaş"larını kompensasiya etməyə meylli olacaq”. (Ardı aşağıda)

Bu əcaib vergilər hansı ölkədə olub?- [Tapmaca]

Bu əcaib vergilər hansı ölkədə olub?- [Tapmaca]

Start the Quiz to find out

“Vergi bazası sahibkarlıq vasitəsi ilə genişləndirilməlidir”

Böhrandan çıxış yoluna gəlincə, Nazim Məmmədov bildirir ki, bu, ilk növbədə, dövlət xərclərinin azaldılmasından, Nazirlər Kabinetində struktur dəyişikliyi və ixtisar aparılmasından, iqtisadiyyatın liberallaşdırılmasından asılıdır:

“İnhisarçılıq aradan qaldırılmalı, vergi bazası sahibkarlıq vasitəsilə genişləndirilməlidir”.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, hökumət yeni cərimələrlə yükü vətəndaşların çiyninə atır:

“Amma anlamır ki, məsələ bununla da çözülməz. Lap o lətifədəki kimi: Əzrayıl gəlir bir varlının evinə, deyir ki, bu gecə bu evdən iki adam aparacağam. Hamı dönür qulluqçuya baxır. O da deyir ki, hə, yaxşı, biri mən, bəs o biri?! İndi, ay hökumət, tutalım, vətəndaşdan 5-10 manat topladın, bəs sonra?!”.

Böhran zamanı hökumət nə etməlidir?

Ekspert bildirir ki, hökumət vergi yığımını artırmaq istəyirsə, vergi dərəcələrini aşağı salmalı, iqtisadiyyatı "kölgədən" çıxarmalıdır:

“Cərimələr, lisenziyalar azalmalıdır. Eləcə də ədalətli məhkəmə sistemi qurulmalı, ölkənin imicini yaxşılaşdırmaqla yatırımlara şərait yaradılmalıdır. Hökumət elə bilir ki, fahişədən 100 manat, səs salan qonşudan 400 manat, piyadadan 20 manat, valideyndən 100 manat almaqla ölkə büdcəsini doldura biləcək”.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalında izləyin:

XS
SM
MD
LG