Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:08

►Qiymət son 11 ildə ən aşağı həddə düşüb

Bazar ertəsi neft qiymətləri 4 faiz də düşərək son 11 ildəki ən aşağı həddə yaxınlaşıb. Bu isə qlobal neft bolluğunu və aparıcı OPEC və qeyri-OPEC istehsalçıları arasında qiymət müharibəsinin daha da kəskinləşəcəyi qorxusunu artırıb.

2008-ci ilin dekabrından bəri ilk dəfə olaraq Brent markalı neftin 1 barreli 36,36 dollara düşüb.

Brent sonuncu dəfə 2008-ci ilin maliyyə böhranı zamanı 36,20 dollara düşmüşdü.

Əgər Brent həmin səviyyədən də aşağı düşsə, bu onun 2004-cü ilin ortalarından bəri ən aşağı qiyməti olacaq.

2004-cü il neftin və istehlak mallarının qiymətlərinin yüksəlməsinin, bumunun başlandığı ildir.

Energy Aspects mərkəzindən Amrita Sen deyir ki, “OPEC neft istehsalını azaltmadığından kəsintisiz neft bolluğu yaranır ki, bu da neft qiymətlərini təzyiq altında saxlayır.”

Neft qiymətləri OPEC-in 4 dekabr sessiyasından sonra hər gün düşür. Son altı sessiya ərzində neft qiymətləri 13 faiz düşüb.

İranın nüvə proqramının dayandırılması ilə bağlı iyul razılaşmasından sonra OPEC üzvü olan bu ölkənin neft istehsalını artıraraq gələn ilin əvvəlində, indiyəcən girə bilmədiyi bazarlara ilk neftini çıxaracağı gözlənilir.

Buna da bax: “MTN əməkdaşları artıq işsiz sayıla bilər”

Bazar ertəsi İranın Mərkəzi Neft Mədənləri Şirkətinin rəhbəri Salbali Karimi bəyan edib ki, İran üçün 1 barrel neftin istehsal dəyərinin 1-1,5 dollar olması satış qiymətinin nə qədər düşməsindən asılı olmayaraq onun hasilatını artıracağını göstərir.

Körfəz istehsalçıları və Rusiya artıq qiymətlərin bir barrel üçün 20 dollardan da aşağı düşəcəyi halda belə hasilatı dayandırmayacaqlarını bəyan ediblər.

Cümə günü Beynəlxalq Enerji Agentliyi bildirib ki, qlobal neft təchizatının bolluğu gələn il daha da dərinləşərək qiymətlərə daha çox təzyiq göstərəcək.

Morgan Stanley şirkərinin analitikləri bazar ertəsi bildiriblər ki, OPEC-in bazara çıxardığı neft gələn il gündə 1 milyon barrelə qədər artacaq.

Onlar əlavə ediblər ki, 2016-cı ildə bazara çıxacaq əlavə neftin demək olar hamısı İran, İraq və Səudiyyə Ərəbistanından gələcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG