Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:46

-

"Azəriqaz"ın Bakıdakı qaz idarələrinin ləğv edilməsi nəticəsində xeyli əməkdaşın işsiz qalma məsələsi gündəmə gəlib.

Lent.az-ın məlumatına görə, artıq qaz idarələrinin əməkdaşlarından işdən çıxmaqla bağlı ərizələrin alınmasına başlanılıb. İşçilərə bildirilib ki, yanvar ayının ortasına qədər işdənçıxarılma prosesi tam yekunlaşacaq.

Məsələ ilə bağlı sayta açıqlama verən "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, hazırda Bakı Regional Satış və Bakı Regional İstismar Departamentinin formalaşdırılması prosesi gedir: "Odur ki, idarələrdən işdən çıxarılan işçilərin bu departamentlərə transferi həyata keçirilir. Həmçinin təkmilləşdirmə kurslarına cəlb ediləcək, eləcə də digər idarələrdə işə götürüləcək şəxsləri nəzərə alsaq, işsiz qalanların sayının az olacağını düşünürük".

"Azəriqaz"ın idarələrində işdən çıxarılan şəxslərin hər birinə əmək haqlarının 5 misli miqdarında kompensasiya veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG