Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:04

Çin fantastika janrına necə icazə verdi?


Çində bir qrup yazıçı
Çində bir qrup yazıçı

-

Fantastik romanlardakı fövqəltəbii, sehrli varlıqlar dini-xurafat və geriçi feodal cəmiyyətin düşüncə məhsulları kimi qadağan idi Çində. Çin kommunistləri fantastik ədəbiyyatla uzun illər mübarizə apardılar.

Neil Heymann bir məqaləsində xatırlayır:

2007-ci ildə Çində idim, partiyanın razılıq verdiyi elmi-fantastika və fentezi üzrə ilk konfransda.

Bir hakimiyyət nümayəndəsindən soruşdum: Niyə? Axı elmi fantastika uzun illər təqdir edilmirdi. Nə dəyişib?

1967 Çində "Mədəni inqilab". Qırmızı Qvardiya dünya ədəbiyyatını və Çin klassikasını yandırır
1967 Çində "Mədəni inqilab". Qırmızı Qvardiya dünya ədəbiyyatını və Çin klassikasını yandırır

"Sadəcə" - o, dedi, "Çinlilər, onlar üçün gətirilən sxemlərdən gözəl şeylər düzəldirdilər. Lakin özləri yeni heç nə icad etmirdilər.

Buna görə də Apple, Microsoft, Google və başqa yerlərə nümayəndələr göndərdik, araşdırdıq. Aydın oldu ki, onlar balaca olanda elmi fantastika oxuyublar."

Ədəbiyyat sizə başqa bir dünya göstərə bilər. O, sizi heç vaxt olmadığınız yerə apara bilər. Bircə dəfə başqa dünyalarda olduqdan, ekzotik meyvələrdən daddıqdan sonra siz heç vaxt yaşayıb böyüdüyünüz dünyadan razı ola bilməzsiniz.

Narazılıq çox yaxşı hissdir. Narazı insanlar öz dünyalarını dəyişib, onu yaxşılaşdırmağa can atırlar.

XS
SM
MD
LG