Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:24

«Basatın Təpəgözü öldürməsi» boyu 25 dildə...


«Basatın Təpəgözü öldürməsi» boyu 25 dildə...
«Basatın Təpəgözü öldürməsi» boyu 25 dildə...

-

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi görkəmli alman şərqşünası və diplomatı Heinrich Friedrich von Diez-in 1815-ci ildə alman dilinə tərcümə edərək çap etdirdiyi «Basatın Təpəgözü öldürməsi» boyunu 25 dilə çevirərək nəşr edib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mərkəzin mətbuat xidmətinə istinadla yaydığı xəbərə görə, kitabların çapı prezident İlham Əliyevin ««Kitabi-Dədə Qorqud»un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında» imzaladığı müvafiq Sərəncama əsasən gerçəkləşib.

«Basatın Təpəgözü öldürməsi» boyu Azərbaycan dili ilə yanaşı, müxtəlif dünya xalqlarının - türk, alman, ingilis, fransız, rus, çin, yapon, hind, ərəb, fars, yunan, gürcü, erməni, yəhudi, macar, italyan, Ukrayna, həm də, ölkədə yaşayan etnik toplumların - xınalıq, tat, kürd, talış, udin, ləzgi dillərində nəşr edilib.

Kitab müxtəlif dillərə həmin dillərin birbaşa daşıyıcıları tərəfindən çevrilib.

Kitaba Heinrich Friedrich von Diez-in yazdığı «Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu» adlı «Ön söz» və «Kitabi-Dədə Qorqud» dastanından «Basatın Təpəgözü öldürdüyü boy» daxildir.

Layihənin növbəti mərhələlərində kitabın ispan, portuqal, İndoneziya, holland, polyak, çex, bolqar və başqa dillərdə çapı nəzərdə tutulur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG