Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:12

"Mona Lisa" rəsminin altından başqa qadın çıxdı


Luvr Muzeyində Mona Lisa portreti qarşısında izdiham
Luvr Muzeyində Mona Lisa portreti qarşısında izdiham

-

Fransız tədqiqatçı Pascal Cotte, “Mona Liza” rəsm əsərinin üst təbəqəsinin altında daha bir rəsm aşkar edib.

O, on ildir ki, bu rəsmi tədqiq edir və indi iddia edir ki, rəsmin altında başqa bir qadının rəsmi var.

O, deyir:

“Mənim rəsm tədqiq etmək üsulum bizi hər hansı rəsmin düz ürəyinə aparıb çıxarır."

"İndi biz bu rəsmi analiz edə bilərik, onu soğan qabığı kimi bir-bir soya və bu rəsmin yaranması ardıcıllığını rekonstruksiya edə bilərik.”

"Gizli rəsmdə bir qadın var, o, uzaqlara baxır, amma təbəssüm etmir. Bu, əsl Cokondonun rəsmidir, Florensiyalı tacirin arvadının."

“Mona Liza”nın saxlandığı Luvr Muzeyində Pascal Cotte'un bəyanatını şərh etmək istəməyiblər. Çünki Kott bu muzeyin tədqiqat qrupunun üzvü deyil. O, sadəcə 2004-cü ildə sözügedən rəsmi tədqiq etmək üçün Luvrdan icazə alıb.

Bəzi mütəxəssislərin fikrincə, rəssamlar çox vaxt öz əvvəlki, xoşlamadıqları əsərlərinin üzərindən çəkirlər.

“Mona Liza”nın altında başqa bir qadının olması haqda qərarı isə indi muzeyin tədqiqat qrupundakı mütəxəssislər təhlil edəndən sonra rəsmiləşdirəcəklər.

Sənət tarixçisi Andrew Graham-Dixon deyib ki, bu rəsm araşdırmaq üsulu sənət tarixində böyük dəyişiklik edəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG