Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:17

- Dünya incəsənətinin tarixi bölgüsünə təsir etmiş qalmaqallı bir rəsmdə - Kazimir Maleviçin “Qara Kvadrat” əsərində rəssamın xəttilə bir yazı, rəsmin yuxarı hissəsində boyanın altında isə başqa iki boya qatı (və ya rəsm) aşkar olunub.

Rusiya Dövlət Tretyakovski Qalereyasının üç rentgen mütəxəssisinin apardığı bu təhqiqat rəsmin çəkilməsindən düz 100 il sonra rəsmsevərləri heyrətə salacaq.

Qalereyanın elmi ekspertiza şöbəsinin əməkdaşı bu haqda ilk dəfə “Kultura” telekanalında danışıb:

“Biz sübut etdik ki, bu rəsmin altında başqa rəsmlər var. İlk baxışdan kubofuturist rəsm görürsünüz. Onun altında isə yalnız xüsusi cihazla görünən rəngli rəsm var. Bu, protosuprematik əsərdir.”

Kazimir Maleviç

Kazimir Maleviç

Yazıya gəlincə, tədqiqatçılar Maleviçin öz xətti olduğunu təsdiq ediblər.

Yazı rus dilindədir və belədir:

“Битва негров в темной пещере” (“Qaranlıq mağarada qaradərililərin savaşı”)

Bu sözlər 1882-ci ildə fransız jurnalist, yazıçı və rəssam Alfons Allenin çəkdiyi “Dərin gecədə qaranlıq mağarada qaradərililərin savaşı” əsərinin adına göndərmədir. Onun əsəri düzbucaqlı üçbucaq idi.

Tədqiqatçılar deyirlər ki, Maleviçin çox mürəkkəb, dolaşıq xətti var. “N”, “P”, “İ” hərflərini demək olar ki, eyni cür yazır. Hazırda yazıdakı ikinci söz üzərində dəqiqləşdirmə gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG