Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:03

Baş prokurorun oğlunun şübhəli biznesi


Yury Chaika
Yury Chaika

►İsveçrə prokurorluğu Rusiyanın baş prokurorunun ailəsinin kapitalının mənşəyi ilə maraqlanıb

“Настоящее Время” portalı İsveçrənin Baş prokurorluğuna Rusiyanın baş prokuroru Yuriy Çaykanın oğlu Artyom Çaykanın bu ölkədəki fəaliyyəti ilə bağlı sorğu göndərib. Prokurorluq bu sorğunu araşdırmağa başlayb və ən qısa zamanda cavab verməyə söz verib.

Aleksey Navalnının korrupsiya ilə mübarizə fondu çərşənbə axşamı günü baş prokurorun oğullarının biznesinə həsr olunmuş araşdırmanı dərc edib. İlyarım davam etmiş araşdırmanın yekunları fondda Çayka ailəsinin biznesinin qanuniliyi barədə şübhələr yaradıb.

Artyom Çayka İsveçrə sakinidir. Onun bu ölkədə yaşama icazəsi var. Pullarını İsveçrə banklarında saxlayan Çaykanın hesablarına Murat Xapsirokovun hüquq kontorası xidmət göstərir. Onun atası Nazir Xapsirokov Baş Prokurorluğun işlər idarəsinin keçmiş rəhbəri, hazırda isə Adıgeydən seçilmiş senatordur.

Buna da bax: Bolşeviklərlə döyüşdə ölən aşıq 160 yaşında!

Bu şirkətin partnyoru İsveçrənin Vo (Vaud) kantonunun Miqrasiya xidmətinin keçmiş rəhbəri François Tarindir.

Hesabatla bağlı “Настоящее Время”nın müxbiri François Tarinlə əlaqə saxlayıb. Ancaq isveçrəli hüquqşünas Artyom Çaykanın adını eşidən kimi dəstəyi asıb.

Rusiyanın baş prokurorluğu “Novaya qazeta”nın sorğusuna rəsmi cavabında bildirib ki, prokurorluq öz işçilərinin yetkinlik yaşına çatmış qohumlarının əmlakı barədə məlumatı yoxlamağa borclu deyil.

Rusiya Prezidentinin sözçüsü Dmitriy Peskov isə deyib ki, Kremldə sözügedən hesabatı görməyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG