Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:05

-

Xorvatiyanın keçmiş baş naziri Ivo Sanader həbsxanadan buraxılıb. Ölkənin Ali Məhkəməsi ona mənimsəməyə görə kəsilən 9 illik cəzanı ləğv edib və yenidən məhkəmə keçirilməsi barədə qərar çıxarıb.

Sanader noyabrın 25-də deyib ki, siyasətə qayıtmayacaq, özünə qarşı ittihamların təmizlənməsi üçün hüquqi mübarizə aparacaq.

O, ötən il məhkum edilib, dövlət şirkətlərindən 10 milyon avroyadək vəsaitin yayındırılmasında təqsirli bilinib.

Ötən ay məhkəmə bu ittihamı ləğv edib. Keçmiş baş nazir 1.7 milyon dollar müqabilində onu zaminə buraxılıb.

Sanaderə daha iki iş üzrə korrupsiya və vəzifəsindən sui-istifadə ittihamları da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG