Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:21

Neftçalada Nardaran hadisəsi ilə bağlı iki nəfər saxlanılıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Neftçala rayonunda xüsusi əməliyyat keçirilərək iki nəfər saxlanılıb.

Bu barədə musavat.com məlumat yayıb. Bildirilir ki, saxlanılanlar Nardaran hadisələri ilə bağlılıqda şübhəli bilinir.

Məlumata görə, MTN və DİN-nin birgə keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılanlar Neftçala rayon sakinləri Nazim Mirzəyev və Mehdi Nağıyevdir.

Hər iki şəxsin evində axtarış aparılıb. Axtarış zamanı bir ədəd odlu silah aşkar edildiyi xəbər verilir. Saxlanılan rayon sakinləri Nardaranda bəzi şəxsləri silahla təmin etməkdə şübhəli bilinirlər.

musavat.com Lənkəranda dindar Elman Ağazadənin də saxlanıldığını yazır.

Bildirilir ki, E.Ağazadə evindən polis əməkdaşları tərəfindən aparılıb.

E.Ağazadə Tale Bağırzadə və tərəfdarlarının saxlanıldığı gün Lənkəranda məsciddə olub. Polis onu da saxlamaq istəsə də, məsciddə olanlar buna imkan verməyib.

musavat.com yazır ki, E.Ağazadənin Tale Bağırzadə və Hacı Zülfüqarla yaxın münasibətləri və əlaqələri olub. Onun saxlanılma səbəbi kimi də bu əlaqələr göstərilir.

Məlumata görə, E.Ağazadənin həbsinə etiraz edən bir qrup şəxs Lənkəran rayon Polis İdarəsinin qarşısına toplaşıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna xəbəri nə təsdiq, nə də təkzib edib. Deyib ki, günorta saatlarında bu barədə açıqlama verəcək.

Noyabrın 26-da polisin Nardaranda keçirdiyi əməliyyatda 6 nəfər ölüb. Onlardan dördü mülki vətəndaş, ikisi polisdir. 14 nəfər saxlanılaraq barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube kanalında izləyin

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG