Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:12

-

Noyabrın 26-da Nardaranda baş verən silahlı insident zamanı saxlanılan 14 nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu haqda AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

O, həmin şəxslərə qarşı bir neçə maddə ilə ittiham irəli sürdüyünü bildirib. Ancaq bu haqda az sonra yayılacaq açıqlamada geniş məlumat veriləcəyini bildirib.

Əldə etdiyimiz məlumata görə, saxlanılanlara qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz silah-sursat saxlamaq), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Baş Prokurorluğun sözçüsü ittihamlarla bağlı məlumatı təkzib etməyib. Ancaq bəzi əlavələr olacağını da istisna etməyib.

Noyabrın 26-da polisin Nardaranda keçirdiyi əməliyyatda 6 nəfər ölüb. Onlardan dördü mülki vətəndaş, ikisi polisdir.

Həmçinin izləyin - AzadlıqRadiosunun Youtube kanalında

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG