Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:11

-

"Neftçi" Lənkərandakı 8 illik qələbəsizliyə son qoyub.

Lənkəranda “Xəzər Lənkəran” klubu ilə qarşılaşan Bakının “Neftçi” komandası 0:2 hesabı ilə qalib gəlib. Komandanın qollarını 60-cı dəqiqədə Elşən Abdullayev, 75-ci dəqiqədə isə Fəhmin Muradbəyli vurub.

Komandanın baş məşqçisi Əsgər Abdullayev oyundan sonra keçirilən mətbuat konfransında deyib ki, “Neftçi”nin futbolçularına güvənir:

“Oyunun çətin olacağını bilirdim. “Neftçi” və “Xəzər Lənkəran”ın iştirakı ilə keçirilən görüşlər həmişə gərgin alınır. Futbolçulara verilən tapşırıqları yerinə yetirdiklərinə görə təşəkkür edirəm. Komandamızda psixoloji durum yaxşı deyildi. Oyundan öncə futbolçularla görüşdüm, söhbətləşdik, müəyyən dəyişikliklər etdik. Bütün bunların nəticəsi müsbət oldu. “Neftçi”nin futbolçularının böyük potensialı var. Onların hər birinə güvənirəm”.

Əsgər Abdullayev bu oyuna ilk dəfə olaraq “Neftçi”nin baş məşqçisi kimi çıxırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG