Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:34

Mirqədirova görə 252 imza toplanıb


Rauf Mirqədirov ötən il atasının dəfnində

Rauf Mirqədirov ötən il atasının dəfnində

-

252 nəfər Jurnalist Rauf Mirqədirovun azadlığa buraxılmasını xahiş edir. avaaz.org saytında “Rauf Mirqədirovu azad etməyə çağırırıq!” müraciəti ilə imzatoplama aksiyası keçirilir.

Dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirova dəstək aksiyasına Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi təşəbbüs göstərib.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanətdə ittiham olunur. Jurnalist ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

İstintaqı Milli Təhlükəsizlik Nazirliyi aparıb. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG