Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:17

-

Əsgər Məhəmməd Siraclının ölümü ilə bağlı Qazax Hərbi Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı ictimaiyyətə dəqiq məlumatın çatdırılması məqsədilə Müdafiə Nazirliyi və Hərbi Prokurorluq birgə tədbirlər həyata keçirir.

Əsgərin yaxınları AzadlıqRadiosuna bildiriblər ki, hərbi hissədən onlara oğullarının özünü öldürdüyünü deyiblər. Ancaq meyitə baxarkən kürəyində üç güllə yarası və zorakılıq izləri olduğunu aşkar ediblər. Buna görə də ailə əsgərin intihar etməsi haqda deyilənlərə inanmır.

Bu ilin aprelində Ağdaş rayonundan hərbi xidmətə çağırılmış Siracın 19 yaşı vardı. O, ailənin yeganə övladı idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG