Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:32

-

ƏSGƏRİ KİM ÖLDÜRÜB?

«Zəng vurdular, dedilər, «özünü gülləylə vurub». Meyiti açıb tökəndə gördük ki, kürəyində 3 güllə yarası var. Adam özünü kürəyindən 3 gülləylə necə vura bilərdi?»

Məhəmməd Siraclının dəfni, noyabr, 2015

Məhəmməd Siraclının dəfni, noyabr, 2015

Fikrət İsrailov Tovuzun Ağdam kəndindəki N saylı hərbi hissədə xidmət edən qardaşı oğlu, 19 yaşlı Məhəmməd Siraclının noyabrın 7-də qətlə yetirildiyini deyir. Onun sözlərinə görə, həmin gün hərbi hissədən ailə üzvlərinə zəng gəlib. Bildiriblər ki, Məhəmməd özünü silahla vurub:

«Dedilər, onu Gəncədəki 3 saylı xəstəxanaya aparıblar. Biz də Gəncəyə yola düşdük. Morqa qoymuşdular. Meyiti açıb tökdük, baxdıq ki, uşağın kürəyində 3 güllə yarası var. Dedik, «bu özünü necə vurub ki, güllə izləri kürəyindədir?» Adam öz kürəyinə necə atəş aça bilərdi? Sağ sinəsində, dodağında, boynunda qaraltılar vardı. Suallarımızı cavabandırmağa bir səlahiyyətli adam tapılmadı. Meyiti götürdük, gəldik».

HƏRBİ XİDMƏTƏ KÖNÜLLÜ GEDİB

Məhəmməd Siraclının dəfni, noyabr, 2015

Məhəmməd Siraclının dəfni, noyabr, 2015

Fikrət İsrailov deyir, Məhəmməd gözdən əlil kimi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində qeydiyyatda imiş. Hətta əlil kimi təqaüd də alırmış. Hərbi xidmətə isə könüllü gedib:

«Çox istəyirdi ki, o da əsgər olsun, vətənə xidmət etsin. Aparmaq istəmirdilər, özü bir neçə dəfə hərbi komissarlığa getdi. Nəhayət, bu il aprelin 10-da hərbi xidmətə yollandı. Vətənə xidmətə getmişdi, ancaq onu öldürdülər. Nəşini götürüb kəndə qayıtdıq. Yuduq, kəfənlədik... Hərbi hissədən bir neçə əsgər gəlmişdi. Hərbi hissə rəhbərliyindən heç kəs gəlməmişdi. Fikrimizdə vardı ki, bir rəsmi adam ortaya çıxıb məsələyə aydınlıq gətirməyənədək dəfn etməyək. Ancaq mərhumun nəşini incitmək istəmədik, günortadan sonra torpağa verdik».

Əmisi deyir, Məhəmməd hərbi xidmətdə olduğu 7 ay ərzində heç vaxt şikayətlənməyib.

Ağdaşın Şor Dəhnə kəndindən olan 19 yaşlı Məhəmməd Siraclı ailənin yeganə övladı idi.

Noyabrın 8 və 9-da qeyri iş günləri olduğuna görə əsgərin ölümü ilə bağlı Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun mövqeyini əldə etmək mümkün olmadı. AzadlıqRadiosu məsələni diqqətdə saxlayacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG