Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:59

-

Təxminən bir ay əvvələ kimi cəbhə xəttində atəşkəsin sutka ərzində 70-80 dəfə pozulması haqda rəsmi məlumat verilirdisə, indi bu rəqəm iki dəfə artıb. Sutka ərzində atəşkəsin 160 dəfədən çox pozulduğu bildirilir rəsmən. Son məlumatlardasa qarşı tərəfin itki verdiyi, 3 azərbaycanlı hərbçinin yaralandığı deyilir. Bu, 21 ildir davam edən atəşkəsin hər an müharibəyə çevrilmə təhlükəsindən xəbər verir, yoxsa narazı elektoratı təşvişə salmağa yönəlib?

Hər halda, bütün bunlar qiymətlərin 30-35 faiz artması, manatın növbəti devalvasiyası haqda narahatlıqların yaşandığı günlərdə paralel baş verir. Üstəlik də son günlər Mingəçevirdə bir gəncin polis bölməsində müəmmalı ölümüylə bağlı açıq etirazlar, polislə qarşıdurma da diqqətdən yayınmamalıdır.

Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə

ZƏRDÜŞT ƏLIZADƏ: «MÜHARIBƏ BAŞLAMAYACAQ!»

Politoloq Zərdüşt Əlizadə əmindir ki, müharibə başlamayacaq, münaqişə ilə bağlı ipləri əlində saxlayan Rusiyaya indiki məqamda qüvvələr nisbətinin dəyişməsi lazım deyil. «Ona görə də müharibənin başlanmasına imkan verilməyəcək», - söyləyir politoloq.

Zərdüşt Əlizadə baş verənləri belə izah edir: «Sadəcə, camaat arasında təşviş yaratmaq istəyirlər. Fərsiz idarəetmə göz önündədir. Bir yanda manatın devalvasiyası, bir yanda özbaşınalıq. Hakimiyyət bu şəkildə diqqəti yayındırmağa çalışır. 27 ildir hakimiyyət Qarabağ kartından uğurla yararlanır».

ƏRƏSTUN ORUCLU: «HƏRBİ ƏMƏLİYYATLAR ÖNCƏSİ İNTENSİVLİK DƏ OLA BİLƏR»

Başqa bir politoloq Ərəstun Oruclu isə bu qənaəti bölüşmür. Onun fikrincə, cəmiyyət atəşkəsin pozulması və ya əsgər ölümü haqda xəbərlərə adekvat reaksiya vermir, çox biganə yanaşır. Buna görə də bu cür xəbərlərin cəmiyyətin diqqətini hansısa problemdən yayındıracağına inanmır.

Ərəstun Oruclu

Ərəstun Oruclu

Politoloq istisna etmir ki, son zamanlar cəbhə xəttində baş verənlər hansısa hərbi əməliyyatlar öncəsi yaşanan intensivlikdi. «Bu günlərdə həddən artıq çox məlumatlar dolaşır. Bu məlumatlarda Azərbaycanın Rusiya ilə anlaşdığı, Azərbaycanın işğal altındakı torpaqlarının bir hissəsini geri qaytaracağı, Moskvanın buna göz yumacağı söylənir. Bu realdırmı, demək çətindir. Amma söhbət gedir. Bundan başqa, bu günlərdə Rusiyanın Azərbaycanda yeni radiolokasiya stansiyası inşa edəcəyi haqda anlaşmadan da danışılır. Təbii ki, belə anlaşma varsa, bunun bir qarşılığı da olmalıdır. Həmin qarşılıq da Bakı üçün torpaqların qaytarılması ola bilər. Bu da istisna deyil», - deyir Ərəstun Oruclu.

Müdafiə Nazirliyi avqustun 24-də məlumat yayıb ki, atəşkəs pozulub, Ermənistanın 5 hərbçisi ölüb, 8-i də yaralanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG