Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:54

-

Hazırda Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş mərasimdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib.

“Hazırda AMEA institutlarında müxtəlif universitetlərin kafedralarının onlarla filialı fəaliyyət göstərir. Akademiyanın çoxsaylı üzvləri və yüzlərlə alimi təhsil prosesində yaxından iştirak edirlər. Akademiyanın tarixində ilk dəfə olaraq magistratura təsis olunub və doqquz ixtisas üzrə magistrantların qəbulu keçirilib. İnstitutlarımızın ali məktəblərlə sıx əməkdaşlığı – akademik fəaliyyətin strateji xəttidir,” - AMEA prezidenti deyib.

Akif Əlizadə bildirib ki, 70 il ərzində Azərbaycan alimləri çoxlu sayda elmi nailiyyətlərə imza atıblar. Onun sözlərinə görə, Elmlər Akademiyasının 70 illik tarixində "ən parlaq mərhələ 1970–1985-ci illəri - Heydər Əliyevin hakimiyyət başında olduğu dövrü əhatə edir.

"Bu dövrdə Azərbaycan Elmlər Akademiyasında neft və qaz yataqlarının kəşfi, işlənməsi, mürəkkəb geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli, həmçinin kimyanın, neft-kimya sənayesinin inkişafı üçün xammal bazasının, kimya texnologiya komplekslərinin yaradılması, coğrafi, geoloji və geofiziki tədqiqatlar, filiz və qeyri-filiz, həmçinin digər faydalı qazıntı yataqlarının tədqiqi, energetika, mexanika, fizika, riyaziyyat, astronomiya, informatika sahələrində mühüm əhəmiyyətə malik tədqiqatların aparılması və nüfuzlu elmi məktəblərin yaradılması və s. istiqamətlərdə nailiyyətləri qeyd etmək olar”, bildirib Əlizadə.

AMEA-nın yubileyində prezident İlham Əliyev də iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG