Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:09

Kredit qoyuluşlarını Beynəlxalq Bank azaldır?


Beynəlxalq Bank
Beynəlxalq Bank

-

Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, bu ilin sentyabrında ölkəyə kredit qoyuluşu 982.3 milyon manat azalıb.

Kredit qoyuluşunda azalmalar real sektorun bir çox sahəsini əhatə edib (milyon manatla):

Ticarət və xidmət – 414.8

Energetika, kimya və təbii ehtiyatlar - 71.4

Kənd təsərrüfatı və emal – 191.5

İnşaat və əmlak – 16

Sənaye və istehsal – 166.9

Ev təsərrüfatları – 92.1 və s.

Mərkəzi Bank kredit qoyuluşlarında azalmanın Beynəlxalq Bankda aparılan restrukturizasiya tədbirlərindən qaynaqlandığını bildirib.

KREDİTLƏŞDİRMƏ FƏALLIĞININ AZALMA SƏBƏBLƏRİ

İqtisadçı-ekspert Rəşad Həsənov digər bankların da kreditləşdirmə fəallığının azalmasına diqqət çəkir: «Bu tendensiya daha çox devalvasiyasonrası dövrü əhatə edir. Səbəblər müxtəlifdir. Birincisi, kredit portfeli üçün risklər kəskin artıb. Bu da bankları daha etibarlı və maliyyə durumu sabit müştərilərlə işləməyə yönəldib. İkincisi, xarici valyutada kredit qoyuluşları azalır, çünki devalvasiya riskləri fonunda müştərilər xarici valyutada kredit götürməyə maraqlı deyillər. Üçüncüsü, iqtisadi geriləmə bütün fəaliyyət sahələrini əhatə edib və nəticədə iqtisadi fəallığın doğurduğu kredit tələbi səngiyib».

«TƏƏSSÜF Kİ, APARILAN SİYASƏT...»

Beynəlxalq Banka üstün imkan və haqsız rəqabət mühiti yaradıldığını söyləyən ekspert bu siyasətin iqtisadiyyatı böyük təhlükə ilə üzləşdirdiyini düşünür: «Bunun nəticəsində bank, faktik olaraq, kredit və depozit qoyuluşlarında dominant mövqe qazanmışdı. Məhz o vaxtlar beynəlxalq maliyyə institutları, yerli ekspertlər yaranmış vəziyyətin riskli olduğunu və təxirəsalınmaz addımların atılmasını, bankın özəlləşdirilməsini təklif edirdilər. Təəssüf ki, aparılan siyasət bu bankı və bankda baş verənləri ölkə iqtisadiyyatı üçün ən böyük təhlükələrdən birinə çevirdi».

Rəşad Həsənovun fikrincə, hökumət Beynəlxalq Bank təcrübəsindən nəticə çıxaracaq və sektorda rəqabətli mühitin formalaşması istiqamətində işlər aparılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG