Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:05

Sığorta fondu əmanətlərin yalnız 2.2 faizini ödəyə bilər


Manat.
Manat.

-

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bu ilin 9 ayının nəticələrini açıqlayıb. Hesabata görə, fond üzv bankların 7 milyon 304 min 127 əmanətçisinə xidmət göstərir. Əmanətlərin 91 faizi qorunan qismə daxildir. Qorunan əmanətçilərin 99.6 faizinin əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanıb. Əmanətlərin 71 faizi ABŞ dollarının, 25 faizi manatın, 4 faizi avronun payına düşür.

«Öhdəlikləri get-gedə artan fondun tələbatı ödəməsi üçün riskləri qarşılaya biləcək ehtiyatları varmı» sualı iqtisadçıları narahat edən suallardan biridir.

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, son hesabat dövründə ölkədə qorunan əmanətlər 2 milyard manatdan çox artdığı halda, fondun ehtiyatları 17 milyon manat çoxalıb: «Bu il oktyabrın 1-dək ölkə üzrə qorunan əmanətlərin həcmi 5 milyard 44 milyon manata, sığorta ehtiyatlarının həcmi 109,4 milyon manata çatıb. Ehtiyatlar əmanətlərin 2.2 faizini ödəməyə yetir. Sürətlə artan qorunan əmanətlərlə müqayisədə fondun sərbəst vəsaitləri kiçik məbləğlə ifadə olunur. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti və Mərkəzi Bank fondun öhdəliklərinə məsuliyyət daşımır».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG