Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:23

Belarus Svetlana Aleksieviçin əsərlərini dərsliklərə qaytarır


Svetlana Aleksieviç, Berlin, 2015
Svetlana Aleksieviç, Berlin, 2015

- 2015-ci ilin Ədəbiyyat Nobelini alan Belarus yazıçısı və jurnalisti Svetlana Aleksieviçin əsərləri Belrarusun məktəb proqramına qaytarılacaq.

Bu ölkənin təhsil naziri Mixail Juravkov bəyan edib ki, S.Aleksieviçin əsərləri yenidən yuxarı siniflərdə - 10-11-ci siniflərdə icbari şəkildə tədris ediləcək.

Nazir əlavə edib ki, S.Aleksieviçin əsərləri "ağırdır" və aşağı siniflərdə tədris olunması düzgün olmazdı.

Nazir çıxışında S,Aleksieviçin əsərləri haqda xoş sözlər söyləyib, Belarusda filologiya fakültəsi tələbələrinin onun kitablarına yaxşı bələd olduğunu deyib.

Onun əsərləri məktəb proqramından 2000-ci ildə çıxarılmışdı. Həmin il o, Lukaşenkonun prezident adminstrasiyası ilə ictimai-siyasi mövzularda münaqişəsi, həmin münaqişədən doğan cinayət işi olduğuna görə, ölkəni tərk etmiş, bir də 2011-ci ildə qayıtmışdı.

Oxu Zalı

XS
SM
MD
LG