Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:05

- "Türkiyədə keçirilən sərgidə kitabın Azərbaycan dilində çıxmış nüsxəsi də var"

Dünyaca məşhur kitab

Türkiyədə dünyanın ən çox oxunan və sevilən kitablarından biri olan Antoine de St. Exupery'nin həm uşaqlar, həm də böyüklər üçün yazdığı “Balaca şahzadə” novellasına həsr olunmuş qeyri-adi sərgi açılıb.

20 sentyabr-20 oktyabr tarixləri arasında Capitol Ticarət Mərkəzinin Muzeyində keçirilən sərgidə bu novellanın bütün dillərdə və dialektlərdə çıxmış nüsxələri (438 ədəd) bir yerdə nümayiş etdirilir. Həmçinin Azərbaycan dilində olan nüsxəsi də.

Sərgidə kitabın Türkiyədə kürd dilində, laz dilində çıxmış nəşrləri də var.

Jean-Marc Probst'un Balaca Şahzadə FonduBalaca Şahzadə Muzeyi Təşəbbüs Kolleksiyasının köməyilə açılan sərginin keçirildiyi salon əsərdə təsvir olunduğu şəkildə - planet kimi dekorasiya edilib.

Burada hələ kitabı oxumayanlar üçün onu oxumaq imkanı da yaradılıb. Sərgiyə 600 min tamaşaçının gəlməsi gözlənilir.

Exupery bu əsəri 1940-cı ildə Fransadan Nyu Yorka köçəndən üç il sonra yazıb. Türkiyədə keçirilən sərgidə yazıçının bu kitabı necə yazdığını göstərən əlyazması da var.

Kitabda bir uşağın gözündən böyüklərin dünyası nəql edilir. B612 Asteroidində tək yaşayan Balaca Şahzadənin gülü də kitabın bir qəhrəmanıdır. Şahzadə gəzə-gəzə Yer planetinə gəlir...

Günün bütün mövzuları

XS
SM
MD
LG