Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:41
Rusiyanın baş naziri və prezidentliyə namizəd Vladimir Putin gündəlik «Nezavisimaya gazeta» nəşrində Rusiyanın milli suallarına cavab verir.
Vladimir Putin həm də «Biz yadlarla necə dolanırıq?» - deyə soruşur.
Putin yad deyəndə mühacirləri nəzərdə tutur və artıq «Nezavisimaya gazeta»da yazdığı məqaləsində mühacirlərlə bağlı təkliflərini səsləndirib. Amma eyni zamanda ədəbiyyatla bağlı da fikirlərini açıqlayıb. Baş nazir məqaləsində yazır ki, Rusiyanın bütün məktəb tələbələrinin öyrənməsi üçün 100 kitab seçilməlidir.
Kislovodskda Putin etiraf edib ki, çoxmillətli dövlət kimi Rusiyanın zəngin mirası var:
- Bizim ölkədə yaşayan heç kəs öz dinini və ya milliyyətini unutmamalıdır. Amma hər kəs ilk növbədə böyük Rusiya ölkəsinin vətəndaşı olmalıdır.
Putin öz məqaləsində qeyd edib ki, Amerika universitetlərində təhsil alan hər bir «özünə hörmət edən tələbə «Harvard Classik» adı altında tərtib olunan dünya ədəbiyyat antologiyasını, amerikalı redaktor Mortimer Adlerin «Qərb dünyasının böyük kitabları» siyahısındakı ədəbiyyatı oxuyur».
Putin yazır ki, Rusiya da belə bir təcrübədən yararlanmalıdır: «Bizim millətimiz də həmişə milli ədəbiyyatı oxuyub». Bundan əlavə, Putin ölkənin aparıcı mədəniyyət orqanlarını belə bir siyahı tərtib etməyə çağırır.
OXŞAR SİYAHILAR VARMIŞ
Bu ideya yeni deyil. Rusiyada ötən illərdə oxşar siyahılar hazırlanıb. Məsələn «Milli Klassik Ədəbiyyat» siyahısı var. Siyahını hazırlayan Təhsil Nazirliyinin məqsədi orta məktəblərdə bu kitabların tədrisi olub. Siyahıda Turgenevin «Atalar və oğullar», Dostoyevsky-nin «Cinayət və Cəza», Sholokhov-un «Sakit Don»u da var.
Hakim partiyadan olan millət vəkili Grigory Balykhin Putinin təklifini alqışlayıb, amma deyib ki, bu siyahıya fəlsəfi və müasir əsərlər də daxil edilməlidir.
F. M. Dostoyevski

F. M. Dostoyevski

Məlum deyil ki, Putinin təklifi yalnız milli ədəbiyyatı əhatə edir, yoxsa bir çox rusiyalı oxucunun da üstünlük verdiyi xarici ədəbiyyat nümunələrini də nəzərdə tutur. Dünyanın ən yaxşı 100 kitabını müəyyənləşdirmək üçün qeyri-rəsmi sorğular keçirən 100bestbooks.ru saytında sorğunun nəticələrinə görə Britaniyalı yazar Arthur Conan Doyle və Fransalı Antoine de Saint-Exupery Rusiya müəllifləri olan Puşkindən və ya Tolstoydan daha yuxarıda yer alır.
«HEYVANISTAN»IN MÜƏLLİFİ DƏ O SİYAHIDA OLACAQ?
Putinin 100 kitab təklifi eyni zamanda sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Twitterdə bir istifadəçi yazıb ki: «maraqlıdır, Orwell də («Heyvanıstan», «1984» əsərlərinin müəllifi - red.) siyahıya düşəcəkmi?
BELƏ SİYAHIYA EHTİYAC YOXDUR
Bəs Azərbaycanda necə, təhsil müəssisələrində mütaliəsi məcburi olan belə bir 100-lüyə ehtiyac varmı?
Yazıçı Fəxri Uğurlu deyir ki, oxunması vacib olan ədəbiyyatın sayı 100-ə qədər də ola bilər, 100-dən çox da:
- Baxır bu seçimə hansı meyarla yanaşırsan. Əslində mən tərəfdarıyam ki, məktəblərdə ədəbiyyat sistemli şəkildə öyrədilsin, nəinki belə siyahı ilə. Məsələn, Hərb və Sülh 4 cilddən ibarətdir, əsər də var 3-5 səhifədən ibarətdir. Bunları eyniləşdirmək, eyni siyahıya salmaq nə dərəcədə düzdür?

Sayta hazırladı: Səadət Akifqızı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG