Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:55

-

Jurnalistlərin Müdafiə Komitəsi Meydan TV-nin əməkdaşlarına təzyiqləri pisləyən bəyanat yayıb.

Qurumun açıqlamasında deyilir ki, bu həftəki davranışı ilə Azərbaycan hakimiyyəti jurnalistlərin hüquqlarını pozub. Onlar 1 ay müddətinə təcrid olunan Meydan TV əməkdaşı Şirin Abbasovun və digər həbsdəki jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edirlər.

Şirin Abbasovdan başqa Meydan TV-nin iki xanım əməkdaşı da hüquq-mühafizə orqanlarına aparılıb və bir neçə saat saxlandıqdan sonra sərbəst buraxılıb.

Qurumun Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognianova deyib ki, hakimiyyət Meydan TV-yə təzyiqləri dayandırmalıdır: «Jurnalistika cinayət deyil».

Şirin Abbasov sentyabrın 16-dan yoxa çıxıb, bir gün sonra onun DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığı məlum olub. Anasına İdarədən bildiriblər ki, Şirin Abbasov polisə müqavimətdə təqsirləndirilir və ona bir aylıq inzibatı həbs cəzası kəsilib.

Sentyabrın 16-da Meydan TV-nin iki xanım əməkdaşı da DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindiriliblər. Onlardan Meydan TV-dəki fəaliyyətləri, TV-nin rəhbəri, eləcə də Mingəçevir hadisələri zamanı polis bölməsində ölmüş Bəhruz Hacıyevin morqdakı videosunu kimin və necə çəkməsi, müxbirlərin nə qədər maaş alması haqda soruşublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG