Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:57

Meydan TV-nin müxbirinə 30 sutka verdilər


Şirin Abbasov
Şirin Abbasov

Sentyabrın 16-da yoxa çıxan Meydan TV-nin əməkdaşı Şirin Abbasova 30 sutka inzibati cəza veriblər.

Bu barədə AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib.

Jurnalisti polisə müqavimət göstərməkdə suçlayırlar.

Vəkil deyib ki, onu jurnalistin saxlandığı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə buraxmasalar da, 30 sutka cəza barədə məlumat Ş.Abbasovun orada olan valideynlərinə verilib.

Sentyabrın 3-də Şirin Abbasov Mingəçevir hadisələri ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirilmişdi.

Sentyabrın 16-da MeydanTV ilə əməkdaşlıq edən iki xanım jurnalist - Aytac Əhmədova və rəfiqəsi də Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə aparılıb, saat 21.00 radələrində sərbəst buraxılıb.

Onlara Meydan TV-nin fəaliyyəti ilə bağlı suallar verilib. Televiziyanın rəhbərliyi bildirir ki,Mingəçevir hadisələri zamanı polis bölməsində ölmüş Bəhruz Hacıyevin morqdakı videosunu kimin və necə çəkməsi, müxbirlərin nə qədər maaş alması haqda soruşublar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG