Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:07

Moskva Kitab Sərgisinin xüsusi qonağı İrandır


Moskva Beynəlxalq Kitab Sərgisi, 2014

Moskva Beynəlxalq Kitab Sərgisi, 2014

- Dünən Moskvada 28-ci Beynəlxalq Kitab sərgisi açılıb. 2 sentyabrdan 6 sentyabradək davam edəcək sərgi 400 yerli və xarici nəşriyyatı bir araya gətirir. Rusiyada ən böyük beynəlxalq kitab tədbiri olan bu sərgidə builki xüsusi qonaq İrandır.

İrandan bu sərgiyə 17 müstəqil nəşriyyat, ədəbiyyat agentliyi və bir sıra dövlət qurumları qatılıb. İranın sərgidəki stendində farscadan ruscaya tərcümə edilmiş 270 adda kitab sərgilənir.

Tehranın Moskvadakı mədəniyyət attaşesi Rıza Məlikianın sərgidə dediyi sözlər rus və farsdilli mədəniyyət mətbuatının ön səhifələrində yer alıb:

“Millətlərin ən böyük uğuru yaratdıqları mədəniyyətlərdir, mədəniyyətdən üstün heç bir şey yoxdur. Kitab bir mədəniyyəti dünyaya tanıtmaq üçün ən yaxşı vasitədir. Bunun üçün də kitab sərgilərinin xüsusi əhəmiyyəti var.”

Günün bütün mövzuları

XS
SM
MD
LG