Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:59

İran Nobel sorağında


Patrick Modiano
Patrick Modiano

-

Niyə bizdən heç kəs...

Azərbaycanda olduğu kimi, İranda da “Niyə bizdən heç kəs Ədəbiyyat üzrə Nobel mükafatı almayıb?” sualı tez-tez gündəmə gəlir.

Bu günlərdə İran mətbuatında yenə müzakirə açılıb. IBNA dövlət agentliyi müxtəlif tanınmış yazarlardan bunun səbəbini aydınlaşdırmağa çalışan müsahibələr götürməyə başlayıb.

Müsahiblərdən biri, satirik şair Monshiozadeh deyib: "Sədinin böyüklüyü Gülüstandadır, dünya Sədini ona görə oxuyur və sevir ki, o, gözəl əsər yazıb, ona görə yox ki, Patrik Modiano kimi Nobel mükafatı alıb.

Sədinin şeiri BMT-nin girişində ona görə yazılmayıb ki, o, Nobel alıb. Nobel mükafatına görə özünü həlak edən yazıçılaın işi sarı qovluqdadır.

Hafiz ona görə Hafizdir ki, gözəl əsərləri var. Əgər onlar bu gün yaşasaydılar, Nobel mükafatının dalınca qaçmazdılar.

Bəziləri Nobel Ədəbiyyat Mükafatını almaq üçün Avropada avaralanır, yazılarını öz hesablarına tərcümə və çap etdirirlər ki, təki İsveç Akademiyası onları tanısın, diqqət yetirsin. Belə yazıçılar üçün mükafat almaq ədəbiyyat yaratmaqdan vacibdir”.

Bu müsahibədən iki gün əvvəl İBNA-ya müsahibə verən başqa bir yazıçı Media Kaşigar isə İran yazıçılarının niyə Nobel almaması sualını cavablandıranda belə deyib: "İranlı yazıçı və şairlər Nobel Ədəbiyyat mükafatını almaq üçün ilkin meyara cavab vermirlər, bu meyar mükafat alan əsərlərin İsveç, Norveç və başqa Skandinaviya dillərinə çevrilməsidir."

Bir həftə əvvəlsə şair Kazem Sadat Eshkewari deyib ki, dünya yalnız İranın klassik ədəbiyyatını tanıyır. "İran çağdaş ədəbiyyatı nə qədər ki, Avropa dillərinə tərcümə olunmayıb, Nobel Ədəbiyyat mükafatına heç ümid də edə bilməz."

Oxu zalı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG