Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:59

Nobel mükafatı laureatının adını ilk dəfə qadın elan edəcək


Sara Danius
Sara Danius

-

Yazıçı, ədəbiyyatşünas və tənqidçi Sara Danius ədəbiyyat üzrə Nobel mükafatı təqdim edən İsveç Akademiyasının daimi katibi seçilib.

«İsveç Radiosu»nun yaydığı xəbərə görə, akademiyanın tarixində ilk dəfə bu posta qadın sahiblənib.

Demək, ədəbiyyat üzrə builki Nobel mükafatı laureatının adını jürinin sədri kimi xanım Danius elan edəcək.

53 yaşlı Sara Danius Stokholmda doğulub.

Fransada təhsil alıb. Böyük Britaniyada, ABŞ-da və Almaniyada çalışıb.

Xanım Danius ədəbi resenziyalar yazır. Marcel Proust-un, Gustave Flaubert-in və James Joyce-un yaradıcılığı üzrə mütəxəssisdir.

İsveç dili və şifahi xalq ədəbiyyatını öyrənən İsveç Akademiyası 1786-cı ildə qurulub.

Akademiyanın Ədəbiyyat üzrə Nobel Mükafatı 1901-ci ildən- Alfred Nobel-in vəsiyyətinə əsasən hər il təqdim olunur.

XS
SM
MD
LG