Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:23

Şərqdə neft və qan


- Məhəmməd Əsəd bəyin "Şərqdə neft və qan" tarixi-publisistik romanı Azərbaycan dilində işıq üzü görüb. Kitabı alman dilindən Çərkəz Qurbanlı çevirib.

Kitabda XIX əsrin sonlarında və XX yüzilin əvvəlində Bakı şəhəri, burdakı neft maqnatlarının həyat tərzi, Suraxanıdakı Atəşgah və onun tarixi, azərbaycanlıların adət-ənənələri, Azərbaycanda yaşayan almanların bu ölkədəki tarixi, daşnak və bolşeviklərin 1918-ci ilin 30 mart 1 aprel tarixlərində azərbaycanlıra qarşı törətdiyi soyqırımı, Bakı komissarlarının rejimindən İrana və Türküstana qaçmış milli burjuaziyanın məşəqqətləri, 26 Bakı komissarlarının Türküstanda güllələnməsi, Türküstan və İran həyatı gənc yazıçının göz şahidliyi ilə oxunaqlı bir dildə təsvir olunur.

Roman ilk dəfə 1920-ci ildə, Məhəmməd Əsəd bəy Bakıdan ayrılandan cəmi doqquz il sonra çap olunub. Azərbaycan dilində isə kitabı bu günlərdə Bakı Kitab Klubu nəşr edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG