Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:38
-

Tanınmış tərcüməçi Azərbaycan Dillər Universitetinin alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Çərkəz Qurbanlı vəfat edib.

Aprelin sonlarında Çərkəz Qurbanlının insult keçirdiyi və Bakı klinikalarından birinə yerləşdirildiyi barədə xəbər yayılmışdı.

73 yaşlı professor süni nəfəs aparatına qoşulmuşdu.

Çərkəz Qurbanlı Məhəmməd Əsəd Bəyin Azərbaycandakı araşdırıcılarından idi.

O, Əsəd bəyin 6 əsərini, o sıradan «Əli və Nino» romanını almancadan Azərbaycan dilinə çevirib.

Çərkəz müəllim Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətinin mükafatını da alıb.

Mərhum bir vaxtlar Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi də çalışıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG