Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:34

İranda Azərbaycan səfirliyi qarşısında aksiya keçirilib


Azərbaycanın İrandakı səfirliyi qarşısındakı aksiyada ABŞ və İsrail bayraqları yandırılıb
Azərbaycanın İrandakı səfirliyi qarşısındakı aksiyada ABŞ və İsrail bayraqları yandırılıb

Bakıda çıxan «Sənət» qəzetində Məhəmməd Peyğəmbərlə bağlı məqalənin dərc edilməsinə etiraz əlaməti olaraq son günlər İranda müxtəlif aksiyalar təşkil edilib.


İranın «İSNA» xəbər agentliyinin verdiyi məlumata görə, noyabrın 19-da Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin önündə keçirilən son nümayiş «Bəsici» adı ilə tanınan İran İslam Respublikasının İnqilab Ordusunun tələbələri tərəfindən təşkil edilib. Amerika və İsrail bayraqlarını yandıran «Bəsici»lər «Sənət» qəzetinin məsul şəxslərinə lazımı qədər sərt cəza vermədiyinə görə Azərbaycan hökumətinin əleyhinə şüarlar səsləndiriblər.


Buna bənzər nümayiş bir gün əvvəl Təbriz şəhərində, Azərbaycan Respublikası Baş Konsulluğunun qarşısında keçirilib və gələn günlər ərzində də şəhərin müxtəlif yerlərində bu kimi aksiyaların təkrar ediləcəyi elan edilib.


Eyni zamanda İranın rəsmi «Səhər» telekanalı noyabrın 19-da Azərbaycan Respublikası üçün hazırladığı «Kompas» adlı verilişində Azərbaycanın «şəriət qanunlarına zidd olan» konstitusiyasının dəyişdirilməsi üçün respublika əhalisini küçələrə çıxıb qiyam qaldırmağa səsləyib. Azərbaycan hökumətini «sionistlərə satılmış bir hökumət» adlandıran İran telekanalının aparıcısı Azərbaycan vətəndaşlarını Rafiq Tağı barədə çıxarılmış ölüm fitvasını yerinə yetirməyə çağırıb.


Azərbaycan Respublikasının Nəsimi Rayon Məhkəməsi oktyabrın 15-də Rafiq Tağı və «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlu haqqında 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Rafiq Tağıya qarşı Azərbaycanın Cinayət Məcəlləsinin 281.1-milli, irqi və dini düşmənçiliyin təbliğinə yönələn hərəkətlər maddəsi ilə cinayət işi başlanıb. O, «Sənət» qəzetində dərc olunmuş «Avropa və biz» yazısında Məhəmməd peyğəmbəri təhqir etməklə düşmənçilik yaymaqda ittiham olunur. Həmin yazı dərc olunandan sonra Bakının Nardaran kəndində bir qrup dindar mitinq keçirib Rafiq Tağını ölümlə hədələmişdilər.


Rafiq Tağı isə sözügedən məqalədə təhqir deyil, sərt ifadələr olduğunu, bunun da emosiyalara təsir etdiyini bildirmişdi. «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu isə bir neçə gün əvvəl «Avropa və biz» məqaləsinə görə müsəlmanlardan üzr istəmişdi.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG