Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:31

Ona yaxın gənc islamdan imtina etdi


«Dinə, peyğəmbərə tənqidi yanaşmaq olarmı?»

«Dinə, peyğəmbərə tənqidi yanaşmaq olarmı?»

Yazıçı Rafiq Tağının «Avropa və biz» məqaləsinə dindarların, hüquq-mühafizə orqanları və bütünlükdə rəsmilərin birmənalı münasibətinə etiraz olaraq ona yaxın gənc islam dinindən imtina edib. Onlar yazıçılar, bəstəkar və jurnalistlərdir. Həmin gənclərdən biri Aqşin Dadaşov bunu iki səbəblə izah edir. O, deyir ki, əvvəla, fikir azadlığına olan müdaxilədən narahatdır: «Hakimiyyətin söz azadlığına müdaxiləsi bir yandan, o biri yandan da ölüm hökmü çıxarılır. Bunu da islama bağlayırlar. Bundan imtina etdim. Aksiya davam edəcək. Bir neçə gənc də bizə qoşulacaq».

İkinci səbəbə gəlincə, cənab Dadaşov bu kampaniyanın arxasında müxtəlif oyunların getdiyini düşünür: «Hakimiyyət siyasi sözə qadağalar qoyur. Bu, dini icmaların, İranın qurduğu oyundur. İslamı manipulyasiya baş alıb gedir. İslam ölkəsi qurmaq istəyirlər».


İslamdan imtina edən gənclərdən daha biri Qan Turalı isə deyir ki, indiyədək özünün də, başqalarının da islamla bağlı sərt yazıları olsa da, məhz Rafiq Tağının məqaləsinə reaksiya verilməsini başa düşmür. Ona görə də, gənclər mesaj göndərmək istəyirlər ki: «Bir Rafiq Tağı tutulsa, ortaya 50-si çıxacaq».



«Avropa və biz» məqaləsində Məhəmməd peyğəmbərlə bağlı fikirləri Qafqaz Müsəlmanları İdarəsi Rafiq Tağının özü ilə müzakirə edə və ortaq məxrəcə gələ bilərdi. Amma indi stəkanda tufan qopardılıb»
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəisi Salman Musayev isə deyir ki, dədə-babası müsəlman olan həmin gənclərin islamdan imtinası düz deyil. Onları sadəcə, maarifləndirmək lazımdır. İslam Universitetinin rektoru Hacı Sabirə görəsə, bəlkə də həmin gənclər xaricdən alınan qranta tamah salıb, ya da siyasi təzyiqə dözməyib, yollarını azıblar. Amma bununla belə, Rafiq Tağının yolu ilə getmək istəyənlər səhv istiqamətdədirlər və düşünməlidirlər.

Müşahidəçilərə görəsə, son günlər cəmiyyətdə bu məsələ ətrafında lazım olduğundan artıq mübahisə və müzakirələr gedir. Bir tərəf jurnalistə ölüm hökmü çıxarır, o biri tərəf isə fikir azadlığına dözməyib dinindən əl çəkir. Buna görə də hadisələrə daha sakit yanaşmaq lazımdır.


Noyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Şurası ilə birgə keçirdiyi dəyirmi masada da bu yöndə müzakirələr getdi. Həmin tədbirdə çıxış edən politoloq Rasim Musabəyov hesab edir ki, məsələni bu dərəcədə qabartmaq düzgün deyil: «Avropa və biz» məqaləsində Məhəmməd peyğəmbərlə bağlı fikirləri Qafqaz Müsəlmanları İdarəsi Rafiq Tağının özü ilə müzakirə edə və ortaq məxrəcə gələ bilərdi. Amma indi stəkanda tufan qopardılıb».


Cənab Musabəyov deyir ki, Azərbaycan toplumu bir suala cavab tapmalıdır: «Dinə, peyğəmbərə tənqidi yanaşmaq olarmı?» Politoloqa görə, dini mövzulara qadağa qoymaq da olar, dindən yalnız beş-altı adamın danışmasına icazə də verilə bilər, ancaq bu, çıxış yolu deyil. Odur ki, o, düşünməyi təklif edir: «Ya söz azadlığını qorumalı, cəmiyyət bu cür hadisələrə düzgün reaksiya verməyi öyrənməlidir, ya da qalmaqala, qarşıdurmaya getməlidir ki, bu da çıxış yolu deyil».


Qafqaz Müsəlmanları İdarəsinin rəis müavini Salman Musayev isə onunla razılaşmır: «Bir var, məni və ya hansısa dindarı təhqir etsin, bir də var, müsəlmanın peyğəmbərini. Sizcə, buna nə cür münasibət bildirilməlidir? Buna ya biz, ya da güc orqanları cavab verməlidir».


Ümumiyyətlə, həmin tədbirin əksər iştirakçıları jurnalistlərin həbsini düzgün saymasalar, bunun onların ətrafında ajiotajı qızışdıracağını və yalançı qəhrəman düzəldəcəyini desələr də, bir çoxları düzgün sayırdı. İslam Universitetinin rektoru Hacı Sabirsə hesab edir ki, dövlət Rafiq Tağını xəta-bəladan qorumaq, söz-söhbəti səngitmək üçün həbs edib: «Amma o, həbs olunmamalıydı, çünki el qınağı daha güclü ola bilərdi».


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə ona diqqət çəkir ki, Azərbaycanda həmişə Nizami Gəncəvidən tutmuş, Cəlil Məmmədquluzadəyədək dinə, mövhumata tənqidi münasibət olub. Amma bu, tənqid olub, təhqir yox: «Bu məsələni şouya çevirmək, partiya maraqlarına qurban vermək olmaz».


Günün bütün mövzuları

XS
SM
MD
LG