Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:22

Gədəbəydə yürüş olub


Gədəbəydə aksiyadan "Yeni Müsavat" qəzetinin fotosu

Gədəbəydə aksiyadan "Yeni Müsavat" qəzetinin fotosu

.

İyulun 27-də Gədəbəy rayonunda bir qrup gənc bir neçə gün əvvəl erməni silahlı qüvvələri ilə döyüşdə həlak olan Azərbaycan əsgəri Eldar Fətəliyevin evinə doğru yürüş edib. ​Gənclər mərhumun şəkillərini, Azərbaycanın bayraqlarını qaldırıb, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndiriblər.

"Yeni Müsavat" qəzetinin hadisə yerində olan müxbiri xəbər verir ki, aksiyaçılar mərhum əsgərin dəfn edildiyi İvanovka kənd qəbirstanlığına da gedərək onun ruhuna dualar oxuyublar.

Aksiyada Gədəbəydən keçmiş millət vəkili, iş adamı Nazim Məmmədov, Qarabağ Əlilləri Cəmiyyətinin üzvləri, müharibə veteranları, rayonun başqa tanınmış şəxsləri də iştirak ediblər.

Bu gün mərhum əsgərin Üç mərasimi idi. O, iyulun 24-də Gədəbəydə qoşunların təmas xəttində gedən döyüşdə həlak olmuşdu.

Azərbaycanın Müdafiə Nazirliyi həmin döyüşdə qarşı tərəfdən də 5 hərbçinin öldürüldüyünü bildirir.

1990-cı illərdə aralarında gedən müharibədə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında 7 rayonu işğal edib. 1994-cü ildə tərəflər atəşkəs razılaşması əldə etsələr də hələlik aparılan danışıqlar yekun sülh razılaşması əldə olunmasına imkan verməyib.

Tez-tez qoşunların təmas xəttində atəşkəsin pozulmasına görə də tərəflər bir-birini ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG