Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:57

"Azərbaycana gəlməzdən əvvəl Ermənistan və Vyanada olduq. Hər iki səfərdə ilin sonunadək prezidentlərin görüşünün mümkünlüyünü müzakirə etdik".

APA-nın məlumatına görə, bunu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick iyulun 23-də Bakıda deyib.

O qeyd edib ki, prezidentlərlə görüşdə tərəflərin atəşkəs rejiminə əməl etməsi vəcəbhə xəttində hər hansı zorakılığa yol verilməməsinin vacibliyini qeyd etdik.

Amerikalı həmsədr bildirib ki, bir neçə aydır ki, təmas xəttində nisbi sakitlik müşahidə olunur və biz bunun davam etməsini istəyirik.

“Düşünürük ki, cəbhədə sakitlik etimad qurulması vətərəflərin biri-birinə hörmətlə yanaşmasına zəmin yaradacaq"-deyə o vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG