Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:44

"Xatirələrin məsumiyyəti" filmi Venesiya Festivalında


- Romanın ikinci qəhrəmanının gözündən

Orxan Pamukun “Məsumiyyət Muzeyi” romanı və 2012-ci ildə açdığı eyni adlı muzeyə əsasən rejissor Grant Gee'nin çəkdiyi “Xatirələrin məsumiyyəti” (The Innocence of Memories) adlı filmin ilk nümayiş etdiriləcəyi yer və tarix məlum olub.

Film 2-12 sentyabrda dünyanın ən nüfuzlu kino tədbirlərindən olan 72-ci Venesiya Film Festivalının Venesiya Günləri hissəsində ilk dəfə tamaşaçılarla görüşəcək.

Xəbər verdiyimiz kimi, filmi rok qrupu "Radiohead" haqqındakı filmiylə tanınan ingilis rejissor Grant Gee çəkib.

Orxan Pamuk film üçün romanın motivləri əsasında ayrıca ssenari yazıb. Ssenarini romanın baş qəhrəmanı Kamalın səsi müşayiət edir.

Orxan Pamuk bu günlərdə mətbuata film haqda müsahibə verib: "Grant Gee son dərəcə sənətkaranə bir insandır. Əvvəl onun alman ədəbiyyatçı Sebald’ın “Saturnun xalqları” haqqında çəkdiyi filmi görüb çox sevmişdim.

Bu filmin çəkilişində mən də iştirak etdim. Film üçün otuz dəqiqəlik orijinal bir mətn yazdım. Film təkcə "Məsumiyyət Muzeyi" haqda deyil, həm də İstanbul haqdadır.

Bu filmdə mənim başqa kitablarımdan da var. Yazdığım yeni mətn isə kitabdakı ikinci qəhrəmanın gözündəndir. Romandakı eşq hekayəsini yenidən dəyərləndirir.

O qəhrəmanın kim olduğunu demirəm, bunu Venesiyada deyəcəyəm.

Başqa bir qəhrəman İstanbul, onun gecələri, özünəməxsus kimyası, havasıdır.

Bütün bunlar bacarıqlı bir rejissor olan Grant Gee'nin əlində filmə çevrildi. Həm sənədli, həm də sənət filmidir."

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG