Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:44

-

"Məsumiyyət Muzeyi" film oldu

Rejissor Grant Gee Nobel mükafatlı türk yazıçı Orxan Pamukun 2008-ci ildə nəşr olunmuş “Məsumiyyət muzeyi” romanı əsasında film çəkib. Film nümayişə hazırlıq mərhələsindədir.

Oxu zalı Screen Daily səhifəsinə istinadən xəbər verir ki, "bu orijinal ssenarinin" satışı ilə bir neçə Britaniya və Fransa şirkəti məşğul olub. Film “Xatirələr məsumluğu” adıyla oktyabrda hələlik adı açıqlanmayan bir payız festivalında nümayiş etdiriləcək.

Orxan Pamuk özü də filmdə rol alıb. Romandakı Kemal rolunu türk aktyor Mehmet Ergen ifa edib. Çəkilişlərin hamısı İstanbulda baş tutub.

Rejossor Grant Gee “Radiohead”, “Blur” kimi alternativ rok qrupları üçün musiqili videolar çəkməsilə məşhurdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG