Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:05

"Rus Bukeri"-nin uzun siyahısı açıqlanıb


Rus Bukeri Mükafatı
Rus Bukeri Mükafatı

-

Rusca yazılmış ən yaxşı romana görə

9 iyulda Moskvada “Rus Bukeri” mükafatının 2015-ci il qaliblərinin uzun siyahısı açıqlanıb.

Oxu zalı xəbər verir ki, ölkəsindən asılı olmayaraq, rus dilində yazılan ən yaxşı romana verilən bu mükafatın builki uzun siyahısına 24 roman düşüb.

Onların arasında Vasiliy Golovanovun “Xəzər kitabı”, Tatyana Moskvinanın “Sovet qızının həyatı”, Mariya Rıbakovanın “İnsan qaralaması”, Vladimir Şpakovun “Balinaların nəğməsi”, Gözəl Yaxinanın “Züleyxa gözlərini açır” romanları var.

“Münsiflər heyəti ən müxtəlif ədəbi ənənələr və mövqelərin geniş spektri ilə qarşılaşıb.

Qısa siyahıya düşmək uğrunda müasir ədəbiyyatın fantastika və realizm, belletristika və etiraf kimi böyük istiqamətləri yarışacaq”, - münsif yazıçı Andrey Volos deyib.

Altı finalçıdan ibarət qısa siyahı 9 oktyabrda məlum olacaq, qalibin adı isə 3 dekabrda açıqlanacaq.

“Rus Bukeri” mükafatı 1992-ci ildə yaradılıb. Keçən il bu mükafatı “Misirə qayıdış” romanıyla Vladimir Şarov almışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG