Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 01:58
-

Gənc şair Nicat Məmmədov “Russkaya premiya” mükafatına layiq görülüb.

O, «Место встречи повсюду» şeir toplusu ilə "Poeziya" nominasiyasında 3-cü olub.

Rusiyadan kənarda yaşayan, rusca yazan yazarların iştirak etdiyi müsabiqədə 1-ci mükafat Simferopoldan Andrey Polyakova, 2-ci mükafat isə Fərqanədən Şəmşad Abdullayevə verilib.

Aprelin 22-də Moskvada keçirilən mükafatlandırma mərasimində Rusiya xarici işlər naziri Sergei Lavrov-un da müraciəti oxunub.

O, qeyd edib ki, “Russkaya premiya” xaricdə yaşayan rusdilli şair və yazıçıların yüksək yaradıcı nailiyyətlərinin dəyərləndirilməsinə xidmət edir”.

Müsabiqəyə bu il yazıçı Natiq Rəsulzadə də qatılıb, amma qısa siyahıya düşə bilməyib.

9 ildir ki keçirilən müsabiqəni Boris Yeltsinin Prezident Fondu təşkil edir.

Məqsəd Rusiya sərhədlərindən kənarda rus dilini qorumaq və inkişaf etdirməkdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG