Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:25

Bakı Kitab Klubu yeni kitablar nəşr edib


-

Bakı Kitab Klubunun yeni kitabları

Frans Kafka

“Amerika” romanı

“İtmiş adam” adıyla da tanınan bu romanda on altı yaşlı Karl qulluqçularından birinin hamilə qalması ilə əlaqədar ailəsində baş vermiş qalmaqaldan sonra Amerikaya göndərilir.

Burada o, öz evində öyrəşdiyi hadisələrdən tamamilə fərqli həyati situasiyalarla qarşı-qarşıya gələcək.

Romanda Kafka ilk dəfə özünəməxsus ədəbi nəqletmə üsulundan istifadə edir. Real hadisələrin təsvirini hər hansı müəllif şərhi olmadan personajların təfəkkür süzgəcindən keçirərək verir.

Kitabı Azərbaycan dilinə Elxan Rzayev tərcümə edib.

Fərman Kərimzadə

"Çaldıran döyüşü" romanı (3-cü nəşr)

Roman görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin həyatından, çox­cəhətli ictimai fəaliyyətindən bəhs edən "Xudafərin körpüsü" dilogiyasının ikinci hissəsidir.

Siyasət meydanına yenicə qədəm qoyan Şah İsmayılın vahid və qüdrətli Azərbaycan uğrunda apardığı gərgin mübarizələr, ağıllı dövlət xadiminin mədəniyyətin və sənətin yüksəlməsinə göstərdiyi qayğı, xalqımızın orta əsr məişət tərzi romanın əsas mövzusudur.

Tadao Yamaquçi

“Ticarətin Yolu”

Bu kitab biznesi sevənlər üçündür. Bu, hər bir müəssisə və bazarı çulğamış münasibətlərə baxış sistemidir.

“Yol” qaynağını şərq etikası və fəlsəfəsindən götürsə də, onun müddəaları bütün dünyada indi də aktualdır.

Bu kitab bizneslə bağlı olan hər kəs – rəhbər, satıcı, təchizat işçisi və başqaları üçündür.

“Ticarətin Yolu”nun yeganə tələbi oxucunun hər gün məşğul olduğu işi sevməsidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG