Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:23

Rəsulzadənin 3 dildə «Biblioqrafiya»sı nəşr edildi


-

«Biblioqrafiya»

«Biblioqrafiya»

«Biblioqrafiya»da M.Ə.Rəsulzadənin 1179 (min yüz yetmiş doqquz) əsərinin siyahısı verilib».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına biblioqrafiyanı nəşrə hazırlayan, redaktoru və giriş sözünün müəllifi, tarix elmləri doktoru, Məhəmməd Əmin Rəsulzadə Mərkəzinin sədri Nəsiman Yaqublu söylədi.

Onun dediyinə görə, Bakı «Kitab Klubu»nda nəşr olunmuş bu kitab Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının 97-ci ildönümü ərəfəsində Rəsulzadənin ruhuna bir hədiyyədir: «Azərbaycan Xalq Cümhuriyyətinin banisi və Milli Qurtuluş Hərəkatımızın böyük ideoloqu M.Ə.Rəsulzadənin üç dildə (Azərbaycan, Türkiyə türkçəsi və rus) «Biblioqrafiyası»nın nəşri XX əsr tariximizin öyrənilməsinə ciddi töhfədir. Bundan əvvəl mənim Azərbaycan və rus dillərində «Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası» kitablarım çıxmışdı. Hazırda həmin ensiklopediya Türkiyədə nəşr edilib».

MAYIN 28-DƏ TÜRKİYƏDƏ TƏQDİMAT MƏRASİMİ OLACAQ

Nəsiman Yaqublu kitabın təqdimatının Azərbaycanın ən böyük bayramı günündə baş tutacağını bildirdi:

«Mayın 28-də Ankarada böyük təqdimat mərasimi olacaq. Çalışacağam ki, bu ensiklopediya və «Biblioqrafiya»nı ingilis dilində də nəşr etdirim və geniş oxucu auditoriyasına çatdırım».

BİBLİOQRAFİYADA 1179 ƏSƏRİN SİYAHISI VAR

Nəsiman bəy uzun illər oxucuların məhz Rəsulzadənin kitablarından faydalandığını vurğuladı: «Sağlığında Əmin bəy müxtəlif dillərdə və ayrı-ayrı ölkələrdə 27 kitab nəşr etdirib. Uzun illər boyu Avropa dövlətlərinin kitabxanalarında geniş oxucu kütləsi məhz M.Ə.Rəsulzadənin kitablarından və məqalələrindən faydalanıb. Qafqaz, Sovetlər Birliyi, Azərbaycan mövzularını onun əsərlərinə istinad edib araşdırıblar. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bu kitabların və yazıların böyük əhəmiyyəti olub və bu gün də vardır».

«RƏSULZADƏ ƏSƏRLƏRİNİN ÇAPINA VƏSAİTTAPILMIR...»

Araşdırıcı bu işlərin görülməsində ciddi maddi sıxıntılar və problemlər olduğunu təəəssüflə bildirdi: «Doğrudur,bu işə dəstək verən vicdanlı insanlarımız az da olsa tapılır. Çox vaxtbu vacib araşdırmaların aparılmasına özümün kiçik məvacibimi sərf etmək məcburiyyətində qalıram... Bəzi hallarda isə onun mühacirətdəki əsərlərini toplamaq üçün yaşadığı Avropa ölkələrinəgetməklə bağlı xarici ölkə səfirliklərinə müraciət etmək zərurəti ortalığa çıxır».

«ÇOX GENİŞ SAHƏLƏRƏ MADDİ VƏSAİT AYIRAN AZƏRBAYCAN...»

Nəsiman Yaqublu sonda AzadlıqRadiosuna bunları söylədi: «İnanıram ki, çox geniş sahələrə maddi vəsait ayıran Azərbaycanda bu dövlətin qurucusunun irsinin toplanılıb nəşr edilməsinə lazımi şərait yaradılacaq. Və bir də, M.Ə.Rəsulzadə irsinin yaşadılması ilə birbaşa məşğul olan Məhəmməd Əmin Rəsulzadə Mərkəzi rəsmi qeydiyyata alınacaq, onun fəaliyyətinə dövlət dəstəyi olacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG