Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:00

«İslam Dövləti»nin saxta şəhidləri


Parviz Saidrakhmonov
Parviz Saidrakhmonov

-

Onlar ölüblər, yoxsa yalançı ölüm xəbərləri yayılıb?

Sıralarındakı «kafir»lə mübarizədə «şəhid» olmaq konsepsiyası özünü «İslam Dövləti» (İD) adlandıran hərbi qruplaşmaya məxsus ideologiyanın aparıcı xətlərindəndir. İD təbliğat məqsədi güdərək ölən yaraqlıların fotolarını həvəslə sosial şəbəkələrdə yayır.

Ancaq Tacikistan hakimiyyətinin fikrincə, Suriyada 28 yaşlı tacik yaraqlısının «ölüm» xəbəri qəsdən yayılır.

ÖLÜ, YA DA SAĞ?

İyunun sonlarında sosial şəbəkələrdə əsl adı Parviz Saidrakhmonov olan Abu Daoud-un ölüm xəbəri bildirildi.

Livanda çıxan «Arabi-Press» qəzeti onun Deyr əl-Zor əyalətində Suriya ordusunun hücumu zamanı öldürüldüyünü yazıb.

Bu ölüm xəbəri ya şayiə idi, ya da aşırı dərəcədə şişirdilmişdi. İyunun 23-də «OMON» komandirinin sosial mediada yayılan fotosundan göründü ki, o, sadəcə, yaralıdır.

YouTube-da tacik Saidrakhmonov-un «şəhid olmasını» göstərən video da yayılıb. Ancaq videodan onun harada və nə vaxt öldürülməsi aydın olmur.

NİYƏ SAXTA?

Sual doğur: Saidrakhmonov hələ sağdırsa, İD niyə onun haqqında saxta məlumat yayıb?

Tacikistan Baş Prokurorluğunun AzadlıqRadiosuna açıqlama verən rəsmisi Muzaffar Yusuf-un sözlərinə görə, çox güman, tacik yaraqlılarının ölüm xəbərini yaymaqla ölkənin təhlükəsizlik qüvvələrini Saidrakmanov-un izindən yayındırmaq və qohumlarının sorğu-suala çəkilməməsi məqsədi güdülür.

"İslam dövləti" yaraqlısı
"İslam dövləti" yaraqlısı

M.Yusuf deyir ki, tacik vətəndaşları İD sıralarına qoşulanda, polis onların ailə üzvlərini sorğu-sual edir: «Ailə bildirəndə ki savaşa gedən şəxs öldürülüb, o zaman evində yas məclisi düzəldir və polis bu ailədən əl çəkir».

Apreldə sosial mediada İD sıralarında döyüşən 23 yaşlı Sukhrob Asomiddinov-un da «şəhid»liyini xəbərləyən foto yayılmışdı. Fotodan onun gözüqapalı halda arxası üstdə uzandığı görünür. Amma iyun ayında Asomiddinov-un sağ olduğunu təsdiqləyən bir video yayıldı. Tacik yaraqlıları kürd yaraqlılarına qarşı hücuma keçərkən özlərini görüntüləmişdilər.

M.Yusuf-un sözlərinə görə, belə yaraqlılar vəhşiliklərə yol açan İD ideologiyasının qurbanına çevrilirlər.

O, İD-nin öz terror planlarını gerçəkləşdirmək üçün ölkənin hər yerindən axmaq və sadəlövh gəncləri topladığını da sözlərinə əlavə edir.

Nadir Abu Khalid, Akhmad Medinsky və Parviz Saidrakhmonov
Nadir Abu Khalid, Akhmad Medinsky və Parviz Saidrakhmonov

SAIDRAKHMONOV-UN DA ÖLÜMÜ ŞAYİƏ OLA BİLƏRMİ?

Saidrakhmonov-un ölümü rəsmi təsdiqini tapmasa da, iyunun 27-də bu xəbər ailəsinə bildirilib. Onun bacısı Anora Saidrakhmonova AzadlıqRadiosuna deyir ki, qardaşının öldüyünə inanmır. Anora-nın sözlərinə görə, Parviz Saidrakmanov-dan sosial şəbəkə vasitəsilə xəbər tutublar. Ancaq mayın 25-dən bəriailənin onunla əlaqəsi kəsilib.

«RED BULL» FANATİKİ

Saidrakhmonov kim idi və ya kim olub?

Anora deyir ki, qardaşı şəxsi həyatında uğursuzluqlar yaşayıb. O, üç dəfə evlənib - iki dəfə Tacikistanda, bir dəfə də Rusiyada evlilik həyatı yaşayıb. Tacik qadınlardan 3 övladı, rus xanımından üçaylıq körpəsi olsa da, o, xoşbəxtlik dadmayıb.

Bacısının sözlərinə görə, qardaşı hər şeydən bezibmiş: «Rusiyaya gedəndən sonra qardaşım deyirdi ki, bütün qohum-əqrəbası ölsə də, Tacikistana geri qayıtmaz».

Saidrakhmonov bir il əvvəl İD-ə qoşulub və Rusiyadan İraqa gedib. O,fevralın 6-da evinə zəng edərək sağ-salamat olduğunu söyləyib.

Düşənbədə yaşayarkən, Saidrakhmonov fitneslə maraqlanıb, yerli atletlərə qoşulub. Onun keçmiş tanışı Alisher Safarov deyir ki, Saidrakhmonov-la bağlı elə bir əhəmiyyətli bir şey xatırlamır:

«Xatırlayıram ki, «Red Bull»u çox sevir, özünün «Red Bull» almağa pulu olmayanda, bu içkini almaqdan ötrü başqasından borc alırdı».

Safarov Parviz-in dadlı yeməkləri çox sevdiyini də söyləyir: «Mən onun videosunu görəndə dedim ki, Pərviz dadlı yeməklər üçün İraqa gedib».

Saidrakhmonov-un yayılan fotolarından görünür ki, o, İD-nin rusdilli fraksiyasının yüksəkvəzifəli şəxsləriylə əlaqə qurub. Məsələn, onun tacik «OMON» komandiri Halimov və indi Şimali Qafqazda əsas rol oynayan dağıstanlı iki vaiz - Akhmad MedinskyNadir Abu Khalid-lə xatirə fotoları var.

Saidrakhmonov-un «şəhid video»su və fotoları göstərir ki,o, İD-nin təbliğatında bir alətmiş. Məsələn, Saidrakhmonov yayılan fotolarındasosial media fəalı kimi tanıdılır. Fotoların birində görünür ki, o, kabinetində masa arxasında oturaraq noutbukda işləyir.

Qardaşının sosial mediadakı fəaliyyətini izləyən bacısı təkrar xatırladır ki, Parviz-in ölüm xəbəri doğru deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG