Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 00:37

Müsavatdan daha 22 nəfər istefa verdi


Müsavat
Müsavat

-

Müsavat Partiyasının Bakı şəhər Nizami rayon təşkilatının 22 üzvü partiya sıralarından istefa verib.

Bu barədə AzadlıqRadiosuna istefa verən üzvlərdən biri, Müsavat başqanının müşaviri olmuş Nizaməddin Quliyev bildirib:

«Mən istefa ərizəmi partiyaya mayın 11-də təqdim etmişəm. Sözügedən digər üzvlərin əksəriyyəti istefa ilə bağlı bu gün müraciət ediblər. Partiyadaxili çəkişmələr, layiqli üzvlərin partiyadan kənarlaşdırılmasına etiraz olaraq belə addım atılıb. Amma şəxsən mən bundan sonra da Müsavat ideologiyasına, əqidəmə sadiqəm. Harada olmağımdan asılı olmayaraq, mən müsavatçıyam».

Bəyanatda da qeyd edilib ki, istefaya səbəb son qurultaydan sonra partiyanın siyasi kursunun dəyişməsi, illərini partiyaya vermiş fədakar, ziyalı şəxslərin, o cümlədən partiya başqanlığına namizəd olmuş Qubad İbadoğlu, Vurğun Əyyubun rəhbərlik tərəfindən partiyadan çıxarılması göstərilir.

Müsavat Partiyası təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı AzadlıqRadiosuna deyib ki, 22 nəfərin partiyadan istefa verməsindən məlumatlıdırlar və hazırda bu məsələ araşdırılır. O, bildirib ki, araşdırmanın nəticəsi mətbuata açıqlanacaq.

XS
SM
MD
LG