Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:09

Avropa Oyunlarının kölgəsində qalan 'Eurovision'


.

“Eurovision 2015” müsabiqəsinə bir həftə qalır. İlk yarım final mayın 19-da keçiriləcək. Azərbaycan təmsilçisi Elnur Hüseynov “The Hour Of The Wolf” ("Canavar saatı") mahnısı ilə mayın 21-də – ikincini yarım finalda, 11-ci iştirak edəcək.

Elnur Hüseynovun builki müsabiqə üçün mahnısını aşağıda dinlə:

ELNUR İKİNCİ YERDƏDİR…
Avstriyanın paytaxtı Vyanada keçiriləcək builki “Eurovsion” mahnı yarışmasına 40 ölkə qatılıb. Rusiya təmsilçisinin “A million voices” (million səs) mahnısı 4 milyon baxışla youtube-da ən çox baxılan videodur. İkinci yerdə 3,3 milyon baxışla Azərbaycan təmsilçisi gəlir. Bəstəkar Gövhər Həsənzadə deyir ki, builki Azərbaycan təmsilçisindən gözləntisi böyükdür:

“Elnur həm talantlıdır, həm də təcrübəli. Bu onun Avropa səhnəsində ikinci çıxışıdır. Ifasını ilk dinləyəndə düşündüm ki, mahnı səs imkanlarını göstərmək üçün elə də uğurlu deyil. Elnurun səs imkanları böyükdür. Amma sonra digər təmsilçilərin ifasını dinlədim. Görünür, təlabat belə mahnılaradır. Düşünürəm ki, Elnur ilk beşliyə düşə biləcək”.

Gövhər Həsənzadə
Gövhər Həsənzadə

390 AVROYA BİLET…
“Euorvision 2015” mahnı yarışmasının keçiriləcəyi idman sarayı 1953-1958-ci illərdə inşa olunub. 16 min tutumu olan bu zalda Celine Dion, Lady Gaga, Robbie Williams, Justin Bieber kimi dünya ulduzları çıxış edib.

Bu ilki müsabiqənin final yarışına biletlərin hamısı artıq satılıb. Biletlərin qiyməti yerindən asılı olaraq 14 avrodan 390 avroya qədər dəyişir. Eurovisionun rəsmi saytında bildirilir ki, yarım-final yarışlarına hələ məhdud sayda biletlər qalıb.

60 İLLİK EUROVİSİON TARİX…
Eurovision yarışmasının rəsmiləri builki yarışa xüsusi hazırlaşdıqlarını bildirirlər. Çünki bu il təkcə yarışma yox, həm də müsabiqənin yaranmasının 60 illiyidir.

Azərbaycanın Eruovision Milli Təşkilati Komitəsi isə builki yarışların təşkilində əvvəlki illər qədər fəal görünmür. Heç bu il milli seçim turları da keçirilmədi.

Azərbaycanı kimin təmsil edəcəyi haqda ANS kanalında ilk dəfə müğənni Nura danışdı. Bir müddət sonra Azərbaycanı Elnur Hüseynovun təmsil edəcəyi açıqlandı.

Əvvəlki illər azərbaycanlı təmsilçinin mahnısından tutmuş səhnə geyiminədək az qala hər şey xaricdən alınır, hətta milli təşkilati komitənin üzvləri arasında xaricilər də olurdu. Müsabiqənin önəmi, Azərbaycanın burada təmsilçiliyinin ölkəyə qazandırdığı uğur haqda ağız dolusu söhbətlər də elə çox eşidilmir.

EUROVİSİON AVROPA OYUNLARININ KÖLGƏSİNDƏ...
Gövhər Həsənzadə deyir ki, Azərbaycan bu il elə bir yarışmaçı ilə gedir ki, ona əvvəlki tanıtımlar budəfəki təmsilçiyə o qədər də gərəkli deyil:

“Bu il Azərbaycan daha mötəbər bir yarışa – “Bakı 2015” Avropa Oyunlarına ev sahibliyi edir. Təbii ki, bu yarışlara hazırlığın fonunda “Eurovision” hazırlığı kölgədə qalır. Amma Azərbaycan bu ilki yarışlarda Elnur Hüseynov kimi bir talantla təmsil olunur. Elnura nə bir tanıtım, nə də bir xərc gərəkir”.

Gözlə

No media source currently available

0:00 0:02:59 0:00
Direct-ə keçid

Gövhər Həsənzadə bircə dəfə - Azərbaycanın “Eurovison”a ilk dəfə qıtan vaxt təşkilati komitədə olub. O, hesab edir ki, bu il təmin təşkilat komitəsi Elnuru seçməklə ən düzgün qərarı verib.

Azərbaycanı 2008-ci ildə ilk dəfə “Eurovision”da Elnur Hüseynov Samir Cavadzadə ilə birlikdə təmsil ediblər. Onlar Gövhər Həsənzadənin “Day after day” mahnısı ilə 8-ci yerə çıxıblar.

2012-DƏ EUROVİSİON, 2015-DƏ AVROPA OYUNLARI…
Azərbaycan “Eurovision 2011”-ci ilin qalibi olub. 2012-ci ildə müsabiqəyə ev sahibliyi edib.

Elnur bu müsabiqədə Azərbaycanı layiqincə təmsil etmək üçün əlindən gələni edəcəyini bildirir. Düzdür, “Eurovision” mahnısının Azərbaycan yox, Türk variantı olsa da qazanacağı uğuru Azərbaycanın uğuru kimi qiymətləndirir. Türkiyə bu ilki yarışmaya qatılmayıb. Amma Elnur Türkiyədən xeyli pərsişkarları var, ona dəstək verirlər. Sosaila mediada çoxları məhz Elnurun bu müsabiqədə həm də Türkiyəni təmsil etdiyini yazırlar. Axı, Elnur bu il həm də “O səs Tükriyədə” yarışmasının qalibi olub.

XS
SM
MD
LG