Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:51

Elnur Hüseynov: “Tək Azərbaycanı yox, bütün türk dünyasını təmsil edəcəyəm”


Elnur Hüseynov

Elnur Hüseynov

-
“Mən bu ilki Eurovision yarışmasında tək Azərbaycanı yox, bütün türk dünyasını təmsil edəcəyəm”.

Bunu Eurovision-2015 Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək Elnur Hüseynov Türkiyənin TV8 kanalında yayımlanan “Aramızda kalmasın” proqramına müsahibəsində deyib.

Elnur Hüseynov deyib ki, bu ilki yarışmada Türkiyə iştirak etməyəcək:

“Məndə belə bir hissiyat var ki, bu ilki Eurovision yarışmasında tək Azərbaycanı yox, bütün türk dünyasını təmsil edəcəyəm”.

Müğənni müsabiqədə oxuyacağı “Hour Of The Wolf” (“Qurdun zamanı”) mahnısının insanların, heyvanların öldürülməsinə qarşı olduğunu, dünyadakı problemlərdən bəhs etdiyini deyib.

“MİLYONUM DA OLSA BELƏ GEYİNƏCƏYƏM”

Jurnalist Elnur Hüseynova niyə yırtıq cins geyməsi, saqqalının rəngi haqqında da suallar verib:

- “O Ses Türkiyədən pulunu aldın? Bu nə vəziyyətdir, yırtıq-filan…
- Məndə bir milyonlar da olsa belə geyinəcəyəm. Çünki mən parlaq şeyləri sevmirəm.
- Amma bu çox yırtıqdır.
- Çünki hava istidir.
- Saqqalının rəngi orijinaldır?
- Orijinaldır. Allah vergisi.
- Saç tünd, saqqal açıq.. Ailədə kimə bənzəmisiniz?
- Mən atamın anasına çox bənzəyirəm.

Elnur Hüseynov “O Ses Türkiye” yarışmasının qalibi olandan sonra küçədə adamların ona olan marağının artdığını da deyib:

“Çox insanlar gəlirlər, “Elnurcuum, sənətçimiz, səni sevirik” deyirlər.
Müğənni “O Ses Türkiye” yarışması haqqında deyib ki, bu yarışmada çoxlu insanlar tanıyıb, dostlar qazanıb.

Elnur Hüseynov bu ilin fevralında “O ses Türkiye” mahnı yarışmasının qalibi olub. O, may ayında Vyanada keçiriləcək “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək, “Hour Of The Wolf” balladası ilə çıxış edəcək.

Elnur Hüseynov 2008-ci ildə Samir Cavadzadə ilə birgə Azərbaycanı “Eurovision” mahnı yarışmasında təmsil edib, 8-ci olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG