Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:05

XİN: «Ermənistanın hərbi təlimləri regionda gərginliyi artırmağa xidmət edir»


XİN

XİN

-

«Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı hərbi təlimlər keçirməsi işğal və təcavüzə əsaslanan mövcud status-kvonu saxlamağa və məqsədyönlü şəkildə regionda gərginliyi artırmağa xidmət edir».

Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirməsi ilə əlaqədar yaydığı açıqlamada belə deyilir.

Açıqlamada qeyd olunur ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində həyata keçirilən bu təlim güc tətbiq etmək və hədələməyin daha bir ifadəsidir:

«May ayında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimə keçirilməsi nəzərdə tutulan qanunsuz «parlament seçkiləri» də Ermənistanın siyasi-hərbi təxribat əməllərinin növbəti tərkib hissəsidir.

ATƏT-in Minsk Qrupunun dəstəklədiyi Böyük sülh sazişi üzərində işə başlamaq əvəzinə Ermənistan tərəfindən siyasi və hərbi təxribatçı əməllər vasitəsilə danışıqlar prosesinə xələl gətirilir. İşğal və təcavüzə əsaslanan, qəbuledilməz və qeyri-davamlı olan mövcud status-kvonunun dəyişdirilməsi, münaqişənin həlli və nəticə etibarilə, regionda sülh və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır».

Ermənistanın mediasının yaydığı məlumata görə, Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərində irimiqyaslı hərbi təlimlər keçirir.

Təlimləri aprelin 16-da Dağlıq Qarabağ separatçılarının lideri Bako Sahakyan da izləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG