Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:04

-

Vergilər Nazirliyi «Nurgün Group»a daxil olan «Nurgün Motors»un əmlakını siyahıya alıb.

Bu barədə apa-ya Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən məlumat verilib.

««Nurgün Motors»un vergi borcları ilə əlaqədar əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Şirkətə borcların qısa müddətdə ödənilməli olduğu ilə bağlı xəbərdarlıq olunub», - nazirlik rəsmisi qeyd edib.

Borcun həcmi açıqlanmır.

Bir neçə gündür ki, «Nurgün Group»a aid satış salonların qapısı bağlıdır.

Nazirlik rəsmisi bildirib ki, borc ödənildikdən sonra şirkət fəaliyyətini bərpa edə bilər.

«Nurgün» Şirkətlər Qrupu 1994-cü il oktyabrın 4-də təsis edilib. «Nurgün Group» şirkəti «Nissan», «Ford», «Renault» və «İnfiniti» markalı avtomobillərin satışını və servis xidmətlərini təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG